Siyasət

HÖKUMƏTİN BU QƏRARI MƏMURLARIN BELİNİ QIRDI - TƏCILI/SIYAHI

5-05-2017, 12:35
Hökumət dövlət aparatlarını boşaldır. Büdcəyə yük olan strukturlarda ixtisarlara start verilir. Bu da kütləvi şəkildə məmur ordusunun işdən azad olunması deməkdir.

İqtisadiyyat Şöbəsinin xəbərinə görə, iqtisadi böhran dövlət büdcəsinə qənaət etməyi şərtləndirib. Hökumət hələ 2015-ci ildən israfçılığa son qoymağa başlayıb.

Bu məqsədlə 2017-ci ildə də ixtisarların olacağı real görünür və hökumət rəsmiləri də anons verməkdədirlər.

Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib ki, bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər:

“Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir".

Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək qeyd edib ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb:

“Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub”.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə dövlət idarəçiliyində çalışan işçilərin müqayisəsi onların əhalinin hər 10 min nəfərinə düşən sayı əsasında həyata keçirilir.
Təhlilin ortaya qoyduğu digər reallıq idarəetmə sahəsində optimallaşma addımlarının atılmasının qaçılmaz olması ilə əlaqədardır”.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin xəbərinə görə, ötən il “Azərsu”, “Azərenerji”, Dövlət Əmlak Komitəsi və ayrı-ayrı nazirliklərdə ixtisarlar olub.

Bu proses 2017-ci ildə də davam etdiriləcək. Ə.Əhmədovun məqaləsi də məhz ixtisarlara bir anonsdur.

Qeyd edək ki, “Azərişıq” “Azərnerji”dən ayrılanadan əvvəl qurumda 16 min adam işləyirdi. Ayrılandan sonra 8000 işçi qalıb. Hələlik hansı sahələrdə çalışanların ixtisar ediləcəyini açıqlanmır.

Saleh Məmmədov “Azəryolservis”in sədri vəzifəsinə təsdiqlənəndən sonra bu quruma daxil olan 115-dən artıq idarənin bütün işçilərindən işdən çıxmaları barədə ərizə alınıb. Qurumdakı mənbələrin verdiyi məlumata görə, bu, kütləvi ixtisar gözləntisi ilə bağlıdır.

Artıq açıq deyilir ki, hökumət qurumda çalışanların üçdə ikisinin işdən azad edilməsi təklif edib. Bundan sonra qurumların sayı 40-dan az olacaq.

Bu da onunla əsaslandırılır ki, qarşıdakı illərdə büdcədə yol lahiyələrinə əvvəlki qədər pul ayrılmayacaq. Ərizələrin bəribaşdan alınması isə kütləvi ixtisarlara görə yarana biləcək narazılığa hesablanıb.

Dövlət büdcəsində neftin baza qiymətinin 50 dollar götürülməsi bəzi dövlət qurumlarında ixtisarlara, bir sıra tikinti işlərinin dayanmasına səbəb olacaq.

Ekspertlərin fikrincə, investisiyanın azalması dövlət sifarişli tikinti işlərini zəiflədəcək. Bu isə işsizlik yaradacaq. Qeyri-neft sektorunun inkişaf etdirilməsini hökumət prioritet elan edib.

Bu yaxşıdır, amma büdcə pulunun azaldılması çətinik yaradacaq. Ola bilsin ki, dövlət qurumlarında ixtisarlar və ya hansısa dövlət qurumlarının birləşdirilməsi istisna edilmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]