Siyasət

KXCP İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir.

18-04-2017, 21:51
KXCP İdarə Heyətinin növbəti  yığıncağı keçirilmişdir.Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

KXCP, Azərbaycanın Güneyində baş vermiş təbii fəlakət nəticəsində dünyasını dəyişmişlərin ailələrinə və yaxınlarına baş sağlığı verir, yaralılara ALLAHdan şəfa diləyir. Təbii fəlakət nəticəsində ziyan dəymiş bacı və qardaşlarımıza Azərbaycan hakimiyyətindən humanitar dəstək verməsini məqsədəuyğun sayır.

İdarə Heyətinin yığıncağında 2017-ci il Aprelin 16-da Türkiyə Cumhuriyyətində keçirilmiş referendumun nəticələri müzakirə edilərək dəyərləndirilmişdir.

İdarə Heyətinin yığıncağında sosial – iqtisadi durum, Azərbaycanda insan haqqlarının vəziyyəti, KXCP Ali Məclisinin 02 Aprel 2017-ci il sessiyasının nəticələrinin müzakirəsi davam etdirilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]