Siyasət

İlham Əliyev planı: genişmiqyaslı təlimlər müharibəyə hazırlıqdır? - Gəlişmə

16-04-2017, 22:51
İlham Əliyev planı: genişmiqyaslı təlimlər müharibəyə hazırlıqdır? - GəlişməPrezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək

Bu barədə Ulus.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq:

"Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.

Qəbul edilmiş qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq". Təlimlər aprelin 21-dək davam edəcək.

Ulus.Az xəbər verir ki, bu təlimlər işğal altında olunan ərazilərimizin geri qaytarılması istiqamətində yeni müharibə hazırlığı ola bilər.

Eyni zamanda Ermənistana bir mesaj kimi də qiymətləndirilir. Ekspertlər də yeni müharibə alovunun olacağını istisna etmirlər.

Nazirlər Kabinetinin iclasında prezident öz çıxışını bir neçə istiqamətdə qurdu. Əsas istiqamətlərdən biri xarici siyasət və Azərbaycanın son vaxtlar həyata keçirdiyi mühüm layihələr haqqında idi.

Prezident öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə də toxundu: “Düşünürəm ki, bundan sonra da Azərbaycan daxili, həm də xarici istiqamətdə Dağlıq Qarabağ münaqişəsinin həllini üstün tutacaq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]