Siyasət

Siyasi fəal Hamlet Səfixanlı vəfat edib

14-04-2017, 12:47

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü, siyasi fəal Hamlet Səfixanlı vəfat edib.

Xeberman.com Musavat.com-a istinadən xəbər verir ki, H.Səfixanlı nəfəs çatışmazlığından dünyasını dəyişib.

Mərhum ağciyərində yaranan tromblaşmadan əziyyət çəkirmiş.

Qeyd edək ki, Hamlet Səfixanlı 1972-ci ildə anadan olub. Gənc yaşlarından siyasi fəaliyyətlə məşğul olan Hamlet Səfixanlı 1993-cü ildən, yəni cəmi 21 yaşından Müsavat partiyası Cəbrayıl rayon təşkilatına rəhbərlik edib. Bu vəzifəni 2013-cü ilə qədər davam etdirib.

2014-cü ildə isə o, Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulub və təşkilatın İdarə Heyətinin üzvü, həmçinin Maliyyə departamentinin rəhbəri vəzifəsini daşıyıb.

Hamlet Səfixanlının bir oğlu var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]