Siyasət

KXCP İdarə Heyətinin yığıncağı keçirilib.

4-04-2017, 00:54
KXCP İdarə Heyətinin yığıncağı keçirilib.

Xeberman.com-un verdiyi məlumata görə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, KXCP Ali Məclisinin 02 Aprel 2017-ci ildə keçirilən sessiyasının nəticələri müzakirə edilmişdir. Ali Məclisin sessiyasının nəticələri dəyərləndirilmiş, deyilənlər nəzərə alınmışdır.

İdarə Heyətinin yığıncağında Partiyanın 2017-ci ilin I rübünün yekunları və növbəti tədbirlər planı müzakirə edilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]