Siyasət

Yeni siyasi məhbusları siz də tanıyın...

1-04-2017, 23:25
"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülaliyevin Xeberman.com-a verdiyi məlumata görə, bu gün Siyasi Məhbusların Müdafiə Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda siyasi məhbuslarla bağlı durum müzakirə olunub. Dövlət başçısı İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı siyasi məhbusların azadlığa çıxması baxımdan növbəti imitasiya kimi qiymətləndirilib.
İclasda son zamanlar həbsdə olan bəzi siyasi məhbuslar azadlığa çıxdığına, siyasi motivlərlə yeni həbslər olduğuna görə siyasi məhbus siyahısının yenilənməsi qərara alınıb. Ümumilikdə 9 nəfərin adı siyahıdan çıxarılıb, 6 nəfərin adı siyahıya daxil edilib.
Qərara alınıb ki, azadlığa çıxdığına görə aşağıdakı şəxslərin adları siyasi məhbus siyahısından çıxarılsın;
1. İkram Rafiqoğlu (jurnalist)
2. Asif Lətifov- Prezident qvardiyasının keçmiş əməkdaşı
3. Əbdül Əbilov- blogger
4. Elvin Abdullayev- AXCP üzvü
5. Zahidov Rüfət- Qənimət Zahidin qohumu
6. Zahidov Rövşən- Qənimət Zahidin qohumu
7. Kişiyev Namiq- dini fəal
8. Nicat Əliyev- dini fəal
9. Zeynalabdin Bağırzadə (AXCP üzvü, Naxçıvan)
Eyni zamanda həbsi siyasi motivlərlə müşahidə olunduğundan və AŞPA- nın siyasi məhbuslarla bağlı məlum ktirteriyasının tələblərinə cavab verdiyindən aşağıda adları qeyd olunan şəxslərin siyasi məhbus siyahısına daxil edilməsi qərara alınıb;
1. Elçin İsmayıllı (jurnalist, AXCP üzvü)
2. Mehman Qələndərov- blogger
3. Mehman Hüseynov- jurnalist- blogger
4. Sərdar Babayev (Hacıhəsənli)- dini fəal
5. Elxan İsgəndərov- MBH üzvü
6. Elnur Fərəcəov- AXCP üzvü
Beləliklə, hazırda Siyasi Məhbusların Müdafiə Mərkəzinin tərtib etdiyi siyasi məhbus siyahısında 162 nəfərin adı var.
İclasda 2016- cı ilin yanvar ayında bahalaşma əleyhinə etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunan bir qrup Siyəzən rayon sakininin 4 il 6 ay müddətə azadlıqdan məhrum edilməsi pislənilib. Qərara alınıb ki, onların həbsində siyasi motivlər olduğundan və siyasi məhbus kriteriyasının tələbləri pozulduğuna görə həmin şəxslər potensial siyasi məhbus kimi tanınsın. Həmin şəxslərlə bağlı əlavə məlumatların toplanması işi davam etdirilsin.
İclasda son günlər SMMM üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədovun hüquq mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması pislənilib.
Qərara alınıb ki, siyasi məhbusların müdafiə işi gücləndirilsin və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilsin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]