Siyasət

İlham Əliyev generalları istefaya göndərdi - siyahı

29-03-2017, 23:16
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin əmri ilə ordudan istefaya göndərilən yüksək rütbəli hərbçilərin bəzilərinin adları açıqlanıb.

Xeberman.com xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinə yaxın "AzeriDefence” portalı məlumat yayıb.

Saytın yazdığına görə, istefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elbrus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib.

İstefaya göndərilən generaldan biri – Elbrus Orucov vaxtilə Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi təyin edilib. Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra isə Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis gətirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]