Siyasət

İlham Əliyevin bahalaşma xəbərdarlığına əməl etməyən hansı nazirlər cəzalandırılacaq

14-03-2017, 13:44
İlham Əliyevin bahalaşma xəbərdarlığına əməl etməyən hansı nazirlər cəzalandırılacaqPrezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı xəbərdarlığı bəzi kar məmurların qulağına çatmayıb

Bəzi nazirlər süni qiymət artımı barədə göstərişlərə əməl etmir.

Sanki ölkə başçısı bir neçə dəfə eyni göstərişi verməlidir. Amma monopolist maraqlarını üstün tutan həmin nazirlər sabotaj edərək bazarlarda süni qiymət artımına şərait yaradır.

Onların bu mafioz şəbəkəsinə bəzi işbazlar, fürsətcil sahibkarlar da qoşulub. Prezidetin tapşırığı ondan ibarətdir ki, məqsədli şəkildə bahalaşma yaradan şəxslər cəzalanmalıdır.

Fəqət kənd təsərrüfatı naziri Heydər Əsədov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev, vergilər naziri Fazil Məmmədovun bazarlarda iş adamlarının qiymətləri süni şəkildə qaldırmasına rəvac verdikləri bildirilir.

Baş naziri müavini Əli Əhmədovun mağazalarda reydindən sonra bahalaşmanın olduğunu təsdiqləməsi də müvafiq qurumları hərəkətə keçirməyib. Süni qiymət artımı adı altında arxasında məmur dayanmayan bir neçə dükan-mağazada, marketdə, xırda sexlərdə yoxlama aparırlar. Şəffaf vergi sistemi olan ölkələrdə sahibkar qiyməti nə qədər bahalaşdırırsa, bir o qədər çox vergi ödəyir və rəqabət özü qiyməti optimallaşdırır.(politika.az)"Yoxlama" aparıb sahibkarlara böyük cərimə yazaraq “qiyməti aşağı sal” demək asandır, ancaq bu inhisarçılığın əsl səbəbini yaradan, qiymət artımına birbaşa təsir edən böyük holdinq və idxalda monopoliya yaratmış şirkətlərə yaxın gedə bilməmək başqa bir məsələdir.

Nazirlərin və məmurların inhisarçı siyasəti isə məhz bahalaşma ilə nəticələnir. Hər halda bu ölkə süni qiymət artımının səbəbkarı hansısa kəndli və ya fermer deyil. Bunun arxasında sabotajçı məmur komandası dayanır.

Hazırda isə kiçik və orta ölçülü ticarət şəbəkələri bu təzyiqin "ilk qurbanları"na çevrilirlər. Belə davam edəcəyi halda növbəti "qurbanlar" istehlakçılar olacaq, onlar mal qıtlığından əziyyət çəkəcəklər.

İnhisarçı şirkətlərin arxasında duran iriçaplı məmurlar bahalaşmaya səbəb olurlar. Yəqin ki, əksəriyyət həyatında bir dəfə də olsa, istehlakçı kimi hüququnun pozulduğunu deyə bilər.

Yəni getdiyi kafedə, ticarət mərkəzində, geyim dükanında, apteklərdə, özəl tibb müəssisələrində onlardan təqdim olunan xidmətdən və ya məhsuldan çox baha qiymət tələb olunub. Kənd təsərrüfatı naziri Heydər Əsədov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev, vergilər naziri Fazil Məmmədov isə prezidentin göstərişlərinə əməl etmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]