Siyasət

KXCP, iqtidardan Azərbaycan əleyhinə siyasətinə son verməyi tələb edir.

14-03-2017, 01:36
KXCP, iqtidardan Azərbaycan əleyhinə  siyasətinə son verməyi tələb edir.
13 mart 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, 02 aprel 2017-ci il saat 11:00-da KXCP Ali Məclisinin növbəti sessiyasının keçirilməsi haqqında qərar qəbul edilmişdir.

KXCP İdarə Heyətində, vətəndaşların pensiya yaş həddinin qaldırılması müzakirə edilmişdir. KXCP, hakimiyyətin xalqın əleyhinə yönəlmiş qərarına kəskin etiraz edir.

KXCP, hakimiyyətin qəbul imtahanlarının ödənişli olması ilə bağlı apardığı müzakirələrə etiraz edir. İqtisadi vəziyyəti ağır olan Azərbaycan övladlarının ali təhsil almaq imkanlarını daha da çətinləşdirəcəyini hakimiyyətin nəzərinə çatdırır və bu qərarın qəbul edilməsini yolverilməz hesab edir.

KXCP, “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”ndən imtina qərarını pisləyir. Bu qərarın, hakimiyyətin Azərbaycanı dünyadan təcrid siyasətinin tərkib hissəsi hesab edir və islahatları süngü ilə qarşılayan kursun dayandırılmasını iqtidardan tələb edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]