Siyasət

Azərbaycan prezidenti Pakistana səfər edib

28-02-2017, 14:52
Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

APA-nın məlumatına görə, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.

Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]