Siyasət

Avropa Məhkəməsi Azərbaycana qarşı 4 iş üzrə kommunikasiyaya başlayıb

9-02-2017, 18:14
Avropa Məhkəməsi mülkiyyət hüquqlarının pozuntusu ilə bağlı daha 4 iş üzrə kommunikasiyaya başlayıb.

Xeberman.com xəbər verir ki, vəkil Fariz Namazlı facebook səhifəsində yazır ki,bu Aliyeva və başqaları Azərbayanca qarşı iş üzrədir.

“Bakı şəhər İcra Hakimiyyətinin 2010-cu ildə imzaladığı Ticarət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamı əsasında Bakı şəhəri, Neftçilər prospektində Ticarət mərkəzinin tikintisi ilə bağlı evlərin vətəndaşlardan kv.m-nə 1500-2000 manat verilməsi nəzərdə tutulmuşdur. Bəzi sakinlər buna razılaşsa da, ərizəçiləri razılaşmadı. Nəticədə məhkəmə qərarı olmadan evlər tikinti şirkəti tərəfindən söküldü”, vəkil qeyd edib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırılması hüququ, əsaslandırılmış məhkəmə qərarının alınması), 1 saylı Protokolun 1-ci maddəsinin (söküntünün ictimai maraqlara uyğun həyata keçirilib keçirilməməsi), 8-ci maddənin (mənzilə hörmət hüququnun pozuntusu) pozuntusunun olub olmaması ilə bağlı Hökümətə suallar ünvanlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]