Siyasət

YAP-dan açıqlama: Prezident vitse-prezidentlər təyin edə bilər

9-02-2017, 02:07
Ötən ilin 26 sentybrında keçirilən Referendumdan sonra hökumət strukturlarında gözlənilən dəyişikliklərlə bağlı müzakirələr davam etməkdədir. Bəzi millət vəkilləri referendumdan sonra ölkədə böyük islahatların həyata keçiriləcəyi anonsunu verirlər. Lakin referendumun üstündən bir neçə ay keçməsinə baxmayaraq, struktur dəyişiliklərinə hələlik start verilməyib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov məsələ ilə bağlı Modern.az-a danışıb. “Struktur dəyişiklikləri ilə bağlı onu deyə bilərəm ki, cənab prezident tərəfindən xüsusilə, iqtisadi, maliyyə, bank sistemi sahəsi ilə əlaqədar müxtəlif dəyişikliklər həyata keçirilir. Ümumilikdə isə dövlət strukturunda konkret olaraq elə bir dəyişiklik yoxdur. Bu səlahiyyət cənab prezidentə məxsusdur. Nə vaxt məsləhət biləcəksə, struktur islahatları da həyata keçiriləcək”.

Siyavuş Novruzov bəzi deputatların struktur dəyişikliləri ilə bağlı mətbuata verdikləri açıqlamalara münasibət bildirib. “Biri deyir ki, komanda dəyişəcək, o birisi deyir ki, vitse-prezidentlər mart ayında təyin olunacaq. Digər birisi də başqa fikir söyləyir. Bu fikirlərin söylənilməsində məqsəd özlərini mətbuatın gündəmində saxlamaqdan başqa bir şey deyil. Komandaya rəhbərliyi cənab prezident edir. Cənab prezident nə vaxt məsləhət biləcəksə, komandanı dəyişəcək. Bildiyiniz kimi, hər seçkidən sonra Nazirlər Kabineti, hökumət buraxılır. Müəyyən dəyişikliklər olur. Cənab prezident ya kimisə vəzifəyə təyin edir, ya da kiminsə yerini dəyişir. Çünki konstitsion səlahiyyət prezidentə aiddir. O cümlədən, də vitse-prezidentlərin təyinatı məsələsi. Nə vaxt və kimi təyin edəcək tipli məsələlər prezidentin səlahiyyətindədir. Prezident gəlib həmin şəxslə məsləhətləşmir ki, “ayın neçəsi kimi vəzifəyə təyin edəcəyimlə bağlı mənə məsləhət ver”. Bunların hamısı ondan ibarətdir ki, bəzi insanlar adının hallanmasını çox istəyir. Digər hissəsi də sadəcə gündəmdə qalmağa can atdığı üçün danışır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]