Siyasət

ATƏT-in hazırkı sədri, Azərbaycana səfər edəcək

7-02-2017, 13:17
Xeberman.com Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Avstriya XİN-ə istinadən Report məlumat yayıb.

Məlumata görə, səfər yaxın aylarda baş tutacaq, tarix hələlik dəqiqləşdirilir.
Səfərin gedişatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək.

Avstriya XİN-i bildirib ki, ATƏT-in Avstriya sədrliyi Minsk qrupunun həmsədrlərinin bu münaqişənin nizamlanması üzrə bütün səyləri dəstəkləyir.

“ATƏT-in sədrliyi qurumun hazırkı sədrinin şəxsi səfiri Anje Kaspişikin, eləcə də ATƏT-in Cənubi Qafqazda səfiri Qunter Baxlerin simasında Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir. Bitərəf ölkə ənənəsinə sadiq olan Avstriya münaqişənin həllində vasitəçi olmağa və tərəflərin görüşünü öz ərazisində təşkil etməyə hazırdır”, - Avstriya XİN bəyan edib.

Xatırladaq ki, yanvarın 1-də ATƏT-in sədrliyini qəbul edən Avstriya təşkilatın məkanında həll edilməmiş münaqişələrin nizamlanması məsələsini sədrliyin prioriteti kimi göstərib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]