Siyasət

Oktay Güləliyev :MSŞT- nin ölkəmizdə tətbiqi, xüsusən vətəndaş cəmiyyətinin problemi ilə bağlı görüş- müzakirəsi olacaq

1-02-2017, 16:24
01 fevralda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin sədri Fredrik Reynfeldt Bakıya rəsmi səfərə gəlir. Onun dövlət başçısı İlham Əliyev daxil olmaqla bir sıra məsul şəxslərlə MSŞT- nin ölkəmizdə tətbiqi, xüsusən vətəndaş cəmiyyətinin problemi ilə bağlı görüş- müzakirəsi olacaq. Sabah bizimlə də görüşü nəzərdə tutulur.
Xeberman.com-un verdiy məlumata görə, bu barədə məlumatı Oktay Güləliyev öz facebook səhifəsində yazıb.
Azərbaycan hökümətinin MSŞT- yə verdiyi önəm, Təşəbbüsün üzvlüyündə qalmaq istəyi bu görüş- müzakirələrin əhəmiyyətini və çəkisini artırır. Vətəndaş cəmiyyətinin problemlərinin həllinə töhvə verə biləcək düşüncəsi ilə bizim də cənab Fredrik Reynfeldtin Bakı səfərindən müəyyən gözləntilərimiz var. Çünki ölkəmizdə vətəndaş cəmiyyətinin çoxsaylı problemləri var; qanunvericiliyə edilmiş məhdudlaşdırıcı düzəlişlər, donor təşkilatların fəaliyyyətini tənzimləyən qaydaların qeyri- adekvat olması, onlara çıxış məhdudluğu, reysterdən çıxarış, QHT- lərin qeydiyyat, ofis, maliyyə dayanıqlığı problemi, ictimai fəalların təqib və təzyiqlərə məruz qalması, onların qanunsuz həbsləri (İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Asif Yusifli, İlkin Rüstəmzadə, Əbdül Əbilov, Qiyas İbrahimov, Bayram Məmmədov və s.), cinayət işləri, ölkədən çıxışa qoyulan qadağalar və s.
Fredrik Reynfeldtlə bu məsələləri müzakirə etmək imkanlarımız olacaq. Eyni zamanda ölkəmizdəki real durumu onun diqqətinə çatdırmaq üçün MSŞT Koalisiyası olaraq ona rəsmi müraciət etdik. Müraciətin sizlər üçün maraqlı olacağını nəzərə alıb mətni şərh bölümündə təqdim edirəm.

Administratorla əlaqə

077 611-55-22

[email protected]