Siyasət

Adolf Hitler saxtakarlıqla hakimiyyətə gəlmədi - Papa

23-01-2017, 00:15
Adolf Hitler saxtakarlıqla hakimiyyətə gəlmədi  -  Papa
Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Papa Fransisk İspaniyanın “El Pais” qəzetinə Avropada yaşana biləcək mümkün siyasi və iqtisadi böhranlarla bağlı danışarkən deyib.

“Böhran qorxu və panika yaradır. Mənə görə Avropada populizmin ən ən bariz nümunəsi 1933-cü ilin Almaniyasıdır. Hindenburdan sonra, yəni 1930-cu illərdə Almaniya dərin böhran keçirirdi. Yeni bir kimlik qazanmalı və lider tapmalı idi. Adolf Hitler adlı gənc insan “Mən bunu edə bilərəm” dedi və bütün Almaniya Hitlerə səs verdi. Hitler iqtidara saxtakarlıqla gəlmədi. Xalqı ona səs verdi. Daha sonra o öz xalqını məhv etdi. Təhlükə budur”, - Papa bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]