Siyasət

KXCP İdarə Heyətinin yığıncağı keçirilib.

10-01-2017, 00:34

Xeberman.com-un verdiy məlumata görə, 09 yanvar 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin toplantısında, KXCP Ali Məclisinin 24 dekabr 2016 -ci il tarixli sessiyasında əsasən qəbul edilmiş Klassik Xalq Cəbhəsi Partiyasinin 2017-ci il üçün fəaliyyət istiqamətlərinə əlavə və düzəlişlər müzakirə edilmişdir.

KXCP İdarə Heyətinin toplantısında Dünyada və yaxın Şərqdə baş verən hadisələr, Türkiyədə sonu bilinməyən, durdurulması çətinləşən terror hadisələri və regionda baş verən hadisələr ətrafında müzakirələr aparılmışdır. KXCP İdarə Heyəti bir daha Türkiyənin haqlı mübarizəsində qardaş Türk xalqının yanında olduğunu bəyan edir.

İdarə Heyətinin yığıncağında Azərbaycan iqtidarının bütün sahələr üzrə yürütdüyü siyasətin uğursuzluğu müzakirə edilmiş, uyğun qərarlar qəbul edilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]