Siyasət

Çavuşoğlu çevrlişə cəhd zamanı Kəmaləddin Heydərovla nə danışıb?

9-01-2017, 19:09
Çavuşoğlu çevrlişə cəhd zamanı Kəmaləddin Heydərovla nə danışıb?

Türkiyədə ötən ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhddən uzun müddət keçməsinə baxmayaraq, hələ də bu hadisə ilə bağlı yeni faktlar ortaya çıxır.

Missiya.Az xəbər verir ki, çevrilişə cəhdlə bağlı əldə edilən yeni məlumatlardan biri də hadisələrin baş verirdiyi ilk 24 saat ərazində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun telefon danışıqlarına dairdir. 

Anadolu Agentliyinin müxbiri diplomatik mənbələrdən çevrilişə cəhdin baş verdiyi ilk 24 saat ərzində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun kimlərlə telefonla danışdığı barədə məlumat əldə edib.

Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberg, Avropa Birliyinin nümayəndəsi Federica Mogherini, Avropa Şurasının Baş katibi Torbyorn Yaqland və dövrün İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni, Hollandiya xarici işlər naziri Bert Koenders, Slovakiya xarici işlər naziri Miroslav Lajcak, ABŞ-ın dövlət katibi Con Kerri, İngiltərə xarici işlər naziri Boris Conson, Pakistan xarici işlər naziri Sertaç Əziz, Yunanistan xarici işlər naziri  Nikos Kotzias, Qatar xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl Tani, Bolqarıstan xarici işlər naziri Daniel Mitov, Fələstin Xarici işlər naziri Riad əl-Maliki, Ukrayna xarici işlər naziri Pavlo Klimkin, Mərakeş xarici işlər naziri Salahaddin Mizvar, İran xarici işlər naziri Cavad Zərif, Gürcüstan xarici işlər naziri Mixail Janelidze, Ruanda xarici işlər naziri Louise Mushikişabo, Albaniya xarici işlər naziri Ditmir Bushati, Malta Xarici İşlər naziri Corc Vella, Makedoniya xarici işlər naziri Nikola Poposki, Macarıstan xarici işlər və ticarət naziri Peter Szijjarto, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr, Kosovo xarici işlər naziri Ənvər Hoxhaj,  Liviya xarici işlər naziri Məhəmməd Tahir seyyal, Fransa xarici işlər naziri Jean-Marc Ayrault, Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Şeyx Abdullah bin Zayid Al Nahyan, Kanada xarici işlər naziri Stephane Dion, dövrün Estoniya xarici işlər naziri Marina Kaljurand, Livan xarici işlər naziri Gibran Bassil və İraq xarici işlər naziri İbrahim əl-Cəfəri, həmçinin Xorvatiya və İtaliyanın sabiq  xarici işlər nazirləri Miro Kovac və Paolo Gentiloni ilə telfonla danışıb.

Məlumata görə, Çavuşoğlu çevrlişə cəhdin ilk 24 saatında 35 həmkarı və başqa yüksək rütbəli məmurla əlaqə saxlayıb. Çavuşoğlu danışıqlar zamanı FETÖ-nün çevrliş cəhdini və təşkilatın nə qədər təhlükəli olduğunu onlara izah edib.

Türk nazir danışdığı yüksək rütbəli məmurlarla ölkədə baş verən hadisələri müzakirə edib. Çavuşoğlunun çevriliş cəhdini müzakirə etdiyi həmkarları və digər məmurlar türk demokratiyasına, demokratik yolla seçilmiş hökumətə dəstək verdiklərini bildiriblər. Onlar çevriliş cəhdinin qəbulediləməz olduğunu deyiblər.

Nazir Mövlud Çavuşoğlu isə dəstək və göstərilən münasibət üçün müzakirə apardığı məmurlara hökumət və millət vəkilləri adından təşəkkürünü bildirib. 

Mövlud Çavuşoğlunun çevrlişə cəhd zamanı danışdığı yüksək rütbəli məmurlar arasında azərbaycanlılar da var. Nazir 24 saat ərzində azərbaycanlı həmkarı Elmar Məmmədyarov və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla müzakirələr aparıb. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_iiiiiiiiiiiiiiiiiiiiiiiiii.jpg
Elmar Məmmədyarov - Azərbaycanın xarici işlər naziri

Nazir dövlət çevrlişinə cəhdən bu günə qədər FETÖ-nün neçə təhlükəli təşkilat olduğunu izah etmək üçün 120-dən çox həmkarı ilə telefonla danışıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_u2_11468652613.jpg

Qeyd edək ki, 2016-ci il iyul ayının 15-də Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilib. Amma xalqın və hakimiyyətin birliyi nəticəsində cəhd uğursuzluqla nəticələnib. Çox sayda hərbçi və məmur həbs edilib. 200 nəfərdən çox dinc sakin isə həyatını itirib. 

Elvin Məmmədov 

Administratorla əlaqə

077 611-55-22

[email protected]