Siyasət

Ərdoğandan şok Naxçıvan açıqlaması

8-01-2017, 13:40
Ərdoğandan şok Naxçıvan açıqlaması

İslaminsesi-nin Anadolu agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan dünən etdiyi çıxışında ölkəsinə qarşı edilən təhdidlərin mənbələrinin adları arasında Naxçıvan Muxtar Respublikasının adını hallandırıb.

 

 

"Ölkəmizə yönəlik təhdidləri mənbəyində yox etmək məcburiyyətindəyik. Türkiyənin təhlükəsizliyi Qaziantepdə deyil, Hələbdə, Hatayda deyil İdlibdə, Mersində deyil Kiprdə, Qarsda deyil Naxçıvanda başlayır, bunu belə bilək".

 

Qeyd edək ki, yeni il gecəsi İstanbulda Reina adlı gecə klubuna edilən terror hücumundan sonra dünən də Türkiyənin İzmir şəhərində növbəti terror aktı həyata keçirilib. Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]