Siyasət

Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü gözlənilir

4-01-2017, 15:40
Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü gözlənilir

Yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammiti keçiriləcək.

Xeberman.com Report-a istinadən xəbər verir ki, bunu "Anadolu” agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli format yaratmaq üzərində iş aparılır.

O, eyni zamanda Türkiyənin Qafqaz regionu ilə bağlı təşəbbüslərinin olduğunu qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]