Siyasət

İlham Əliyevin “hədəf mənəm” mesajı... və yeni qvardiya necə parladı? - şok adlar

3-01-2017, 00:50
İqtidar yeknəsəq deyil. Hakimiyyətin müxtəlif qanadları, xərçəng kimi yayılan qolları var. Bu şəbəkələşmə vahid mərkəzin təlimatlarına uyğun hərəkətə etsə də, iqtisadi çəkişmələrdə yuxarının tələbləri hər zaman Quran ayəsi olmayıb. 
Çinovniklər məmurlara, məmurlar ağalarına, ağalar nazirlərinə tabe olub. Bu iyerarxik idarəçilik Çin modelini xatırladır. Çində Kommunist Partiyasının idarəçilik prinsipləri də mərtəbələşib. Yuxarıda isə qorxunc dövlət aparatı var.
Anaxeber.az-ın Analitik Şöbəsi yazır ki, son illərdə hakimiyyətin bəzi qanadları parlamağa başlayıb. 
Onlar eks-prezident Heydər Əliyevin dövründə və indiki prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində heç də mühüm postlarda, güclü dayaqlara malik deyildilər. 

Elə ki Naxçıvan qruplaşması ilə Bakı-Şirvan klanı arasındakı qarşıdurma dərinləşməyə başladı, bəziləri mövqelərini möhkəmləndirməyə fürsət tapdılar. 
Son zamana qədər isə onlara hakimiyyət kuarlarında o qədər də ciddi fiqur kimi yanaşmırdılar. İqtidar daxilində gedən proseslərdə H.Əliyevin dövrünün əsas kadrlarının arxivə göndərilməsi bu fiqurların parlamasında zəmin yaratdı. 
İndi nə Füzuli Ələkbərov, nə Misir Mərdanov, nə Səfər Əbiyev, nə Əli İnsanov var. İndi heç Əvəz Ələkbərov da, Eldar Həsənov da, ən nəhayət Eldar Mahmudov da yoxdur. İndi meydan başqalarına qalıb...
***
Anaxeber.az yazır ki, iqtidarda karyera yüksəlişi dövrünü yaşayanlar arasında YAP-dan baş nazirin müavini vəzifəsinə qədər qalxmış Əli Əhmədov və "Azəryolservis” ASC-dən Dəmir Yolları QSC sədrliyinə gəlib çıxmış deputat Cavid Qurbanovu göstərmək olar.
Onların iqtidara sədaqəti yox, həm də köhnə klanların dağılması iqtidarda daha böyük fiqurlara çevrilməsinə səbəb olub. 
Yeni qvardiyada prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov, ADA Universitetinin prorektoru Emin Hüseynov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı yer alıb. 

Ə.Əhmədovla C.Qurbanov isə köhnə qvardiyanın üzvləri olsa da, son illərdə iqtidarda hakim komandaya daxil ediliblər. 
Eyni sırada Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimovun adını çəkmək olar. 
Təhsil naziri Mikayıl Cabbarov isə ilk vaxtlarda yeni qvardiya üzvü kimi qəbul olunsa da, özünü doğrulda bilmədi, ənənəvi məmurlardan birinə çevrildi. Eyni sğzləri maliyyə naziri Samir Şərifov haqda da söyləmək olar. Hər iki nazir iqtidarda eniş dövrünü yaşamaqdadır. 
*** 
Anaxeber.az yazır ki, ayrı-ayrı oliqarxlara, hakimiyyətdə təmsil olunan qruplara yaxın olan kiçik məmurlardan - icra hakimiyyəti başçılarından, onların vəzifələrindən götürülməsindən başlayan proses getdikcə dövlət strukturlarında yayılmağa və dərinləşməyə başlayır. 
Prosesə informasiya-ideoloji dəstəyi isə iqtidar KİV-lərindən bəziləri verir. prezidentin idarəetməni daha artıq mərkəzləşdirmək və sadələşdirmək planının icrası Paşayevlərə tapşırılıb. 
Bu isə hakimiyyət strukturları arasında əsas koordinasiya işinə məsul olan şəxs kimi Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqelərini zəiflətməyə xidmət edir. 

Son Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin formalaşdırılması zamanı müdafiə naziri kimi mühüm vəzifəli şəxs də daxil lmaqla bir sıra məmurlar kənarda qoyuldu. Bundan sonra da hakimiyyətdə kadr rotasiyaları davam etdi. 
Hətta son olayı götürək - çox bahalı avtomobillə qəza törədərək xaq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuş Xalid Mədətovun atası Mübariz Mədətovu da Prezident Xəzər Dəniz Neft Donanmasnın rəisi vəzifəsindən çıxardı. 
Metro rəisi Tağı Əhmədov sistemdən qovuldu. Xəzər Dəniz Gəmiçilik rəisi Aydın Bəşirov komandadan uzaqlaşdırıldı. MTN olayları və rabitə nazirini xüsusi şərh etməyə isə ehtiyac yoxdur. 

Başqa sözlə, məmurların və onların övladlarının cəmiyyətə qarşı sayğısız münasibətinə adekvat reaksiya verilməkdədir. Buna qədər də bir sıra belə addımlar atıldı və bundan sonra da atılması gözlənilir.  
Çünki ölkə rəhbərliyi ona göstərilən siyasi etimadı və işgüzar reputasiyasını itirmiş məmurları sistemdən kənarlaşdırmaq xəttini davam etdirir. 
Ümumiyyətlə, bu, çox ciddi və miqyaslı prosesdir. İdarəetmə sisteminə yeni yanaşmanın əleyhdarları zaman-zaman kənarda buraxılır. 
Həmin yanaşmanın tərəfdarları səhnədə görünürlər. Bu mənada ASAN Xidmət yeni idaetmə təfəkkürünün çox mühüm görsnişlərindən biri olaraq ortaya çıxıb və cəmiyyətdə rəğbətlə qarşılanıb. 
Ümumilikdə, İlham Əliyev MDB məkanı üçün cızılan yeni inqilab ssenarilərinə qarşı hərəkətə keçi. Yaxın vaxtlarda daha bir neçə iri ranqlı məmur vəzifədən çıxarılacaq. Bir müddət əvvəl prezident çıxışlarından birinə demişdi: "Hədəf mənəm”. 
Bu dünyaya və daxili auditoriyaya bir ismarıc idi. Ümumiyyətlə, Azərbaycanda iqtisadi gərginliyi yaradan hansısa sirli və gizli əllər fəaliyyətdədir. Onlar şəbəkələşmiş şəkildə ölkədə sosial vəziyyəti ağırlaşdırır və xalqla prezidenti üz-üzə qoymağa cəhd edir.
Bu şəbəkənin məqsədi prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır. 

Çünki islahatlar nəticəsində məmur ordusu vəzifəsini itirə bilər. Onlar da bunu qabaqlamaq üçün müxtəlif təzyiq rıçaqlarından istifadə etməyə başlayıblar. 
Deputat Zahid Oruc da geniş müsahibəsində buna bənzər fikirlər səsləndirib və kimlərinsə təxribatla məşğul olduğunu təsdiqləyib.
ANAXEBER.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]