Siyasət

Ziya Məmmədovun milyonlara sahib müşavirinin dəhşətli cinayətləri gizlədilir - FAKTLAR

2-01-2017, 13:03
Ziya Məmmədovun milyonlara sahib müşavirinin dəhşətli cinayətləri gizlədilir - FAKTLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Çingiz Baxşıyevin nümayəndəsi vəsatət verərək jurnalistlərin prosesdən çıxarılmasını istəyib. O vəsatətini müvəkkilinin ailə və peşə sirlərinin mətbuatda işıqlandırılması ilə əsaslandırıb və bunun yolverilməz olduğunu deyib. 

"Ötən prosesdə də Cingiz Baxşıyevə qızılların haradan əldəe dilməsi ilə bağlı sual verildi. Çingiz Baxşyev isə bildirdi ki, Almaniyada və digər yerlərdə biznes fəaliyyəti ilə məşğiul olduğu zaman alıb. Bütün bu ifadələr isə mətbuatda olduğu kimi yer aldı. Bu isə onun kommersiya sirrinin qorunmasıdır. Həmçinin bu gün zərərçəkmiş şəxs qismində Çingiz Baxşıyevin qızları ifadə verəcək. Bu zaman ailədaxili məsələlər, Çingiz Baxşıyevin qızları və kürəkənləri ilə münasibətləri açıqlanacaq. Bu məsələlərin mətbuata çıxarılması onun ailə sirrinin yayılmasıdır” – deyə vəkil bildirib. 

Təqsirləndirilər R.Əhmədovun vəkili Adəm Məmmədov isə vəsatətə etiraz edib. O bildirib ki, məhkəmədə mənimsəmə cinayətinin araşdırılır. "Burada heç bir biznes və ailə sirrindən söhbət getmir. Çingiz Baxşıyev ictimaiyyətdə kifayət qədər tanınmış şəxsdir. Həmçinin mənimsənildiyi iddia edilən qızılların məmləği böyük olduğu üçün cəmiyyətdə bu prosesə maraq var. Əgər bu məhkəmə prosesi qapalı keçirilərsə, ictimaiyyətdə belə bir rəy yaranacaq ki, böyük imkanlara malik olan Çingiz Baxşıyevin bu işə təsiri var. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayacaq. Prosesin qapalı keçirilməsinə heç bir əsas görmürəm” – deyə vəkil bildirib. 

Qarşı tərəfin nümayəndəsi replika hüququndan istifadəe dərək bildirib ki, mətbuatda məhkəmə prosesindən yazılan yazılarda bəzi şəxslərin adı hallandırılır. "Halbuki həmin şəxslərin məsələyə heç bir aidiyyatı yoxdur” – deyən nümayəndə məhkəməyə saytlarda gedən yazıların fotosurətini təqdim edib. 

Zərəçəkən Çingiz Baxşıyev isə bildirib ki,hələ məhkəmə prosesi başlamamışdan əvvəl onun adı bu cinayət işi ilə bağlı mətbuatda çəkilməyə başlayıb. "Bütün bunları vəkil Adəm Məmmədov təşkil edir. O çalışır ki, bu məsələdə mənim özümü təqsirli çıxarsın. Buna görə də mətbuata barəmdə yazılar verir”.

Hakim zərərçıkmiş şəxsə vəkil barəsində bu cür ifadələr işlətməməsi ilə bağlı xəbərdarlıq edib.

Yerində müşavirə edən hakimlər vəsatəti təmin edərək, hökm oxunana qədər prosesin qapalı keçirilməsi barədə qırarı elan edib. Daha sonra jurnalistlər məhkəmə zalından çıxarılıb. 

Xatırladaq ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə ittiham olunur. İttihama əsasən Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızıl-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib. Çingiz Baxşiyev Nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Bu cinayət işinin məhkəmə istintaqı  mətbuatda işıqlandırılarkən zərəçəkmiş şəxsin nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olması xatırladılır. Ehtimal etmək olar ki, məhz bu amil prosesin qapalı keçirlməsinin səbəblərindən biri olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]