Siyasət

Hakimiyyətdən icra başçılarına şok tələb: RİH-lərdə ixtisarlar başlanır - Siyahı

26-12-2016, 13:22
Yanvardan icra hakimiyyəti strukturlarında ixtisarlar başlanır

Bu barədə Politika.Az-a verilən məlumata görə, hökumətin qənaət rejiminə keçid etməsi dövlət aparatı orqanlarında ixtisarları labüd edib. 

Hökumət rayon icra hakimlərinə yanvardan ixtisarlara başlamağı göstəriş verib. Hazırda RİH-lərdə xeyli sayda əməkdaşlar var ki, hər hansı bir iş görmürlər, maaş alırlar. Onların əksəriyyəti gününü kompüter qabağında keçirir. Hətta adı ştatda olan, maaşı rəhbər şəxslərə çatanlar var. 

Hakimiyyət qəti şəkildə tapşırıq verib ki, israfçılığa son qoyulsun və tam şəffaflığa keçilsin, izafi xərclər azaldılsın. Ona görə də icra hakimiyyətlərində ixtisarlar başlanacaq.

Politika.Az-ın əldə etdiyi məlumata görə, Lənkəran, Şamaxı, Beyləqan, Gədəbəy, Şəmkir, Saatlı, Hacıqabul, Şəki-Zaqatala və digər regonların RİH-lərdə ixtisarlar gözlənilir.

Neftin dünya bazarında kəskin ucuzlaşması respublikamıza daxil olan valyutanın bir neçə istiqamət üzrə azalmasına səbəb oldu. Uzun müddətli bu proses bütün ölkələrdə olduğu kimi Azərbaycana da təsirsiz ötüşmədi. 

Hər yerdə ixtisarlar, idarəetmənin optimallaşdırılması artıq RİH-də işləyən vəzifəlilərə də şamil edilməsi üçün nəzərdən keçirilir. Bir müddət əvvəl RİH başçılarının Aqrar Məsələləri üzrə müavini vəzifələrinin ləğv edilməsi də deyəsən, son deyil. 

Lazımsız ştatların ləğvi mümkünləşəcək, bir-birini təkrarlayan şöbələr birləşdiriləc. Bununla beləRİH-də referent, təlimatçı vəzifələrində çalışan şəxslərin ixtisar olunacağı, yaşı 65-ə çatan şöbə müdirilərinin təqaüdə göndəriləcəyi istisna olunmur.

Politika.Az məlumat üçün bildirir ki, RİH-də onlarla lazımsız vəzifələrdə şəxslər çalışır ki, onların dövlətə bir faydası yoxdur. 

Rayon idarəetməsində nəzərə çarpmayan belə vəzifə sahibləri bir tərəfdən dövlətə iqtisadi yük, digər tərəfdən rayon təşkilatlarına, sahibkarlığa maneədirlər. 

Heç bir iqtisadi səmərəsi olmayan belə vəzifələrin ləğv edilməsi, vəzifəlilərinin ixtisara salınması neftin qiyməti dünya bazarında 100 dollar olsa belə məqsədəuyğundur. 

Ölkə prezidenti İlham Əliyev 10 yanvar 2016-cı il Nazirlər Kabinetinin iclasında haqlı olaraq vurğuladı ki, vəzifəsi bir-birini təkrarlayan ştatlar ləğv edilməli, struktur islahatları aparılmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]