Siyasət

"Elə etməyin ki, faktları toplayıb prezidentə təqdim edim" - Məmurlara xəbərdarlıq

25-12-2016, 00:05
"Elə etməyin ki, faktları toplayıb prezidentə təqdim edim" - Məmurlara xəbərdarlıq
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Prezident İlham Əliyevin Tarif Şurasının işıq və qazla bağlı qərarına dəyişiklik etməsinə münasibət bildirib 

Bu barədə mia.az-a açıqlama verən partiya sədri deyib ki, ölkə başçısının bu addımı təqdir olunandır: «Bildiyiniz kimi, mən həm saytlar, həm də kanal13 televiziyası ilə əziz qardaşıma müraciət edərək Tarif Şurasının qərarına müdaxilə etməyi xahiş etmişdim. Mən həminə ağıllı məsləhətlər verirəm. Hakim komandadakıların əksəriyyəti xəyanət yolu tutublar. Bu 300 milyon elə bir böyük pul deyil. Buna görə xalqı narazı salmaq olmaz. Sağ olsun ki, Prezident çağırışımı eşitdi və belə bir qərar verdi. Düzdür, Tarif Şurasının qiymət artımı ilə bağlı qərarı qalır, amma bütün hallar da bu addımı da müsbət qiymətləndirmək lazımdı. Mən istəmirəm ki, İlham Əliyevə xəyanət eləsinlər. Bütün gücümlə bunun qarşısını alacağam».
"Elə etməyin ki, faktları toplayıb prezidentə təqdim edim" 
 

MMP sədri onu da nəzərə çatdırıb ki, Prezidentin bu addımı bir daha göstərdi ki, «qocalar evi»ndə oturanların hamısını başı kiflənib. Onun sözlərinə görə, hökumətdə təmsil olunan qocalar «gora gedən özünə yoldaş axtarar» məsəlindəki kimi hamını cəhənnəmə çəkmək istəyirlər: «Hər halda, bundan sonra da çalışacağam ki, xalqımın fikrini prezidentə çatdırım. Mənə çətin olsa da, bütün variantlardan istifadə edərək, sözümü deyə bilirəm. Elə buna görə də təzyiqlərə məruz qalıram. İlham Əliyevin əleyhinə olan məmurlar mənə təzyiqləri artırırlar. Düşünürəm ki, qarşıdakı dövrdə də xalqın iradəsinə əsasən fəaliyyət göstərəcəyik».

Partiya sədri ərzaq məhsullarının qiymətinin artmasına da sərt mövqe ifadə edib. Onun sözlərinə görə, aidiyyatı qurumlar süni qiymət artımına görə cavab verməlidirlər. «İqtitsadi İnkişaf Nazirliyinin anti-inhisar departamenti hara baxır? Tikinti materialların qiyməti günü-gündən artır. Bakıda şifer zavodunu hansısa bir oliqarx alıb işlətmir, amma özümüz xaricdən baha qiymətə şifer alırıq. «Azərsun» bitki yağını 7 manata qaldırıb. Gözəllər gözəli Abdulbari müllimə deyəndə ki, o şirkətin arxasında dayanan şəxslərə hörmət eləsin, o əksinə edir. Abdulbari Goozalın müavini müavinimə zəng edib təhdid edir. Mən bilirəm, o şirkətin yiyəsi kimdir. Masazırda yığdığı duzu qiymətini qaldırmaq hansı əndazəyə sığır? İqtisadiyyat Nazirliyindəki adamlar heç bir nəzarət funksiyasını yerinə yetirə bilmir. Qarşıdan yeni il gəlir, qiymət artımının qarşısını almaq lazımdır. Mən xəyanət edən məmurlara xəbərdarlıq edirəm, elə etməyin ki, faktları toplayıb prezidentə təqdim edim. Lazım gələrsə, prezidentin yanında onlarla üzləşəcəm. Onu da unutmasınlar ki, bu yoldan geri dayanan deyiləm».

Administratorla əlaqə

077 611-55-22

[email protected]