Siyasət

İsrail qisas alır: İki ölkə səfiri geri çağırıldı

24-12-2016, 23:27
İsrail təcili olaraq Seneqal və Yeni Zelandiyadan səfirlərini geri çağırıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail Xarici İşlər Nazirliyi yayıb. Səfirlərin geri çağırılmasına səbəb məhz bu iki ölkənin BMT Təhlükəsizlik Şurasına İsrail əleyhinə qətnaməni təqdim etmələri olub. Səfirlər Tel-Əvivdə konsultasiyalardan sonra geri göndəriləcəklər. Üstəlik, Netanyahu İsrail Xarici İşlər Nazirliyinə Seneqala edilən bütün yardımların dayandırılması haqqında da qərar verib.

Qeyd edək ki, dünən BMT TŞ İsrail dövlətindən başda Şərqi Qüds olmaqla, Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasının hüquqi cəhətdən dayandırılması haqqında qətnamə qəbul edib. Qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermə zamanı ABŞ bitərəf qalıb.

 
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]