Siyasət

Ruhani: "Qarabağ münaqişəsinin dinc yolla həlli bölgənin xeyrinə olacaq"

21-12-2016, 17:30
Ruhani: "Qarabağ münaqişəsinin dinc yolla həlli bölgənin xeyrinə olacaq"
"Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”.
Bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.
O iddia edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil.
"Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. ”,- deyə o, vurğulayıb.
H.Ruhani işğala məruz qalanla işğalçı arasında fərq qoymadan deyib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.
Qeyd edək ki, dekabrın 21-də İslam Respublikasının prezidetni Ermənistana rəsmi səfər edib. 
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]