Siyasət

Fikrət Fəraməzoğlu : İcra Hakimi xəbər göndərib ki, əli qandallı Masallı rayonuna gətizdirib, əlindən gələn pisliyi edəcəkdir

16-12-2016, 14:56

Fikrət Fəraməzoğlu :   İcra Hakimi xəbər göndərib ki,   əli qandallı Masallı rayonuna gətizdirib, əlindən gələn pisliyi edəcəkdirBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məlum oldu ki, Masallı rayon Məhkəməsinin hakimi Nemət Musayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovdan Fikrət Fəraməzoğlunun Masallı rayonuna etap olunması üçün razılıq verilməsini xahiş edib.

Xeberman.com-un verdiy məlumata görə, bu barədə krət Fəraməzoğlunun vəkili Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Səbəb odur ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Fikrət Fəraməzoğlunu CM-nin 147.2-ci maddəsilə xüsusi ittiham qaydasında Masallı rayon Məhkəməsinə verib və onun cəzalandırılmasını tələb edir.

Dünən Masallı rayon Məhkəməsində oldum. Məhkəmənin vaxtı hələ təyin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsi razılıq verən kimi, məhkəmə təyin ediləcək. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovdan xahiş etsəkdə ki, etapa icazə verməsin, o bu məsələni məhkəmə zalında müzakirə etmədi. Məhkəməni 27 dekabr 2016-cı il tarixə saat 16.00-a təyin etdi. belə uzun fasilənin verilməsi onu güman etməyə əsas verdi ki, o Fikrət Fəraməzoğlunun Masallı rayon Məhkəməsinə etap olunmasına razılıq verib.

Fikrət Fəraməzoğlu bildirdi ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı ona xəbər göndərib ki, onu əli qandallı Masallı rayonuna gətizdirib, əlindən gələn pisliyi edəcəkdir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]