Siyasət

İlham Əliyev bu ölkələrdəki səfirləri geri çağırdı

15-12-2016, 23:38

İlham Əliyev bu ölkələrdəki səfirləri geri çağırdıAzərbaycan Prezidenti İlham Əliyev Azər Tofiq oğlu Hüseynin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatılna görə. dövlət başçısının digər sərəncamı ilə Mir-Həmzə Nazim oğlu Efendiyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev, həmçinin Rövşən Şamil oğlu Cəmşidovun Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması ilə bağlı sərəncam imzalayıb.

Bundan başqa, dövlət başçısı Elnur İxtiyar oğlu Sultanovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]