Siyasət

Deputat erməni dilini öyrənir –Səbəb

9-12-2016, 13:03
Deputat erməni dilini öyrənir –Səbəb

"Dağlıq Qarabağ müharibəsi başlayandan mütəmadi olaraq erməni dilini öyrənirəm. Artıq erməni dilində xəbərləri, məlumatları sərbəst oxuya və anlaya bilirəm”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputat özünün erməni dilini öyrənməyinin haradan qaynaqlandığını da açıqlayıb:"Onların ümumi düşüncələri ilə müəyyən qədər tanış olmaq üçün buna bir ehtiyac hiss etdim”.

A.Mollazadə deyib ki, indi beynəlxalq tədbirlərdə ermənilərin öz aralarından danışdıqlarını da başa düşür: "Beynəlxalq tədbirlərdə ingilis dilində danışsaq da, ermənilərin öz aralarında öz dillərində nələrdən danışdıqlarını anlayıram”.

Asim Mollazadə qeyd edib ki, erməni dilini öyrənmək və bilmək çox vacibdir: "Biz Ermənistanda ictimai-siyasi prosesləri yaxından izləməli və durumun hansı formada olmasını hər zaman bilməliyik. Ən azı bu ölkənin mediasını kontent analizdən keçirməyi bacarmalıyıq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]