Siyasət

Eynulla Fətullayev kimdir?

5-12-2016, 13:56
Eynulla Fətullayev kimdir?Bu günlərdə general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarovun yeni musavat qəzetinə verdiyi müsahibəni oxudum. Ardından isə Çovdarovun əvvəl bizə işləyirdi indi DTX-ya dediyi Eynulla Fətullayevin həmən qəzetə insani hisslərin üzərinə hücum çəkən tərzdə bir neçə cümləlik jurnalist oyunbazlığı ilə provakasion üstələmə taktikası ilə bastalama xarakterli sözlərini oxudum. Kimdir bu Eynulla Fətullayev? Nədən hər zaman qarışıq işlərin ortasında həmən bu şəxslə rastlaşırıq? Elmar Hüseynovun qətlində, Aqil Xəlilin bıçaqlanmasında generala şər-böhtan xarakterli ittihamlar yağdıran bu şəxs müxtəlif zamanlarda yazdığı yazılarında bir məqamda generalın Rövşən Cavadaovun qohumu ilə dost olmasına eyham vuraraq hakimiyyətin diqqətinə öz aləmində mənfi obraz kimi təqdim etməyə çalışır. Hansı ki, general-mayor Akif Çovdarov Hakimiyyətə sadiq olub. AXC zamanı vəzifəsindən uzaqlaşdırılmış adamdır. Amma Eynullanın türmədən buraxılması üçün AXCP və Milli Şura xüsusi canfəşanlıq edib. Onu avropaya az qala dissident kimi tanıdıb. Indi isə mövqeyi bəllidir. Yəni bu məsələnin içərisində başqa mətləb var. Dövlətin təsisatları arasında olan bir mübarizənin nəticəsi ilə Eldar Mahmudov vuruldu. Mənim baxış bucağımda media dövlətin təsisatlarını işlətmək, hərəkətləndirmək və idarəçiliyi yönəltmək üçün vasitədir. Eldar Mahmudov vəzifədindən uzaqlaşdırılmadığı zaman onun vəzifəsinə gəlmək istəyən indiki DTX rəhbərini ləkələmək üçün bir Lamiyə olayı hazırlanmışdı. Lakin həmin olayın içərisində hər hansı bir formada Eynullanı görmədik. Bu Eynullanın hara bağlılığı və gələcək fəaliyyətini göstərən amil sayıla bilərdi. Ona görə ki, hər olayın içindən çıxan bu şəxs nədənsə bu olayın içərisində bulunmadı. Bu günki bağlılığı isə göz önündədir. Generalın ittiham aktında eynulla tərəfindən söylənilən heç bir ittohamın olmadığını nəzərə alaraq belə qənaətə gəlmək olur ki, cəmiyyətin gözü önündə ictimayətin qəzəbini söndürmək üçün linç etməyə Akif Çovdarov seçilib. Yəni görünən tərəfdə qurbanlıqdır. Mahiyyət etibarı ilə tamam fərqli tempdə iş aparılır. Onun üzünə duran adamlar isə cəmiyyətə bəlli kateqoriyalardır. Ya dələduz şirkət rəhbərləri ya da korrupsioner rüşvətxor məmurlar. Yəni haqqında böyük qovluqlar olan şəxslər. Bu zaman ortaya belə bir sual çıxar ki, nəyə görə baş verənlər Akif Çovdarava kodlaşdırılıb,
Bu yaxınlarda isə devolvasiyadan bir az qabaq gecə 24 saat işləyən exchange-də topladığı pulları dollara çevirərkən görülmüşdü. Xidmətinə görə həm yaxşı qazanc əldə edir. Həm də onu qorumaq üçün məlumatlıdır. Devolvasiyadan öncədən xəbər tutub vəsaitlərini də dollara çevirməyi bacarır.
   Yazının müəlifi Tərlan Qasımov

Administratorla əlaqə

077 611-55-22

[email protected]