Siyasət

Səməd Seyidov XİN-ə çağırış etdi:- SƏFİRLİKLƏR VƏSAİTLƏRİ SƏMƏRƏLİ XƏRCLƏSİNLƏR

2-12-2016, 22:56
Səməd Seyidov XİN-ə çağırış etdi:- SƏFİRLİKLƏR VƏSAİTLƏRİ SƏMƏRƏLİ XƏRCLƏSİNLƏR

Azərbaycan Milli Məclisinin komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında xaricdəki səfirlik və konsulluqların dövlət vəsaitlərinin səmərəli istifadə etməsinin zəruriliyi vurğulanıb.

Gununsesi.info-nun məlumatına görə, MM-in Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidovbildirib ki, gələn ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur: "Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir.

Cənab prezidentin xarici siyasət sahəsində ortaya qoyduğu iradə, atdığı addımlar həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycanın xarici siyasəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən, Azərbaycanı postneft ölkəsi kimi təqdim edən siyasətə çevrilməlidir.

Büdcədən ayrılan vəsaiti necə səmərəli sərf edəcəyimizi fikirləşməliyik. Büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsək, əminəm ki, Azərbaycanın beynəlxalq əlaqələri heç də hansısa problem qarşısında qalmayacaq, əksinə, daha da inkişaf edəcək”.

Mürtəza

Administratorla əlaqə

077 611-55-22

[email protected]