Siyasət

KXCP İdarə Heyətinin növbəti yığıncağı keçirilib.

30-11-2016, 20:17

KXCP İdarə Heyətinin növbəti  yığıncağı keçirilib.Xeberman.com-un verdiy məlumata görə,  Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında ölkədə tədris və digər sahələrdə rus dilinin yenidən qabardılması ilə bağlı məqsədyönlü yaradılan şəraitdən ciddi narahatlıqlar bildirilmiş, əlaqədar təşkilatlardan bu problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilmişdir.

Yığıncaqda İraqda və Suriyada baş verən müharibə nəticəsində türkmənlərin vəziyyətinin dahada ağırlaşması qeyd edilmişdir. Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin türkmənlərə zəruri dəstək göstərməmələri, digər tərəfdən türkmənlərin məqsədli surətdə təriqət qarşıdurmalarına yönəldilmələri fəlakətli nəticələrlə qurtaracağından narahatlıqlar ifadə edilmişdir. Azərbaycanda gənclərin, ictimai - siyasi təşkilatların türkmənlərlə bağlı fəallağının daha da artırılması məqsədəuyğun hesab edilmiş, türkmənlərə zəruri dəstəyin verilməsi üçün Azərbaycanın hakimiyyət orqanlarına çağırış edilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]