Siyasət / Müsahibə

Oqtay Gülaliyev “”Nardaran işi” ilə bağlı məhkəmədə çoxlu sayda qanun pozuntuları baş verir”

30-11-2016, 13:33

Oqtay Gülaliyev “”Nardaran işi” ilə bağlı məhkəmədə çoxlu sayda qanun pozuntuları baş verir”Xeberman.com saytının "Siyasi dəyərləndirmə” layihəsinin qonağı "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülaliyevdir. O.Gülaliyevlə Nardaran hadisəsinin baş verməsi, həmin hadisə zamanı həbs olunmuş insanların məhkəmə prosesi haqqında, probleminin həlli yolundakı açar və ümumi dəyərləndirmə barədə söhbət etdik;

 

-Oqtay bəy, keçən il baş vermiş Nardaranhadisələri ilə bağlı nə deyə bilərsiniz?

 

Bildiyiniz kimi bir il öncə- 2015-ci ilin 26 noyabrında Nardaranda DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən məlum əməliyyat keçirildi. Əməliyyat zamanı ikisipolis olmaqla altı nəfər soydaşımız qətlə yetirildi.İlk gündən biz bu əməliyyatı qanlıvə qeyri-peşəkar əməliyyat kimi qiymətləndirmişik.Bu əməliyyat zamanı insanlaraböyük həcmdə maddi və mənəvi ziyan dəydi,xeyli sayda şəxs həbs olundu. İnsanlar yaralandı. Bir çox ailələr başsız, bir çoxları isə gözləri yolda qalıb. Bu hadisələr Nardaranda və ətraf kəndlərdə gərginliyə səbəb oldu. Təbii ki, hesab edirik əməliyyatınbu formada keçirilməsi doğru deyildi. Buna ehtiyac yox idi. Əməliyyatı daha itkisiz, qansız və daha sivil şəkildə həyata keçirmək olardı,amma təəssüf ki, ən pis yol seçildi. Nəticədə Nardaranda qan töküldü, altı nəfər vətəndaş həyatını itirdi. Həm Bakıda, həm dəregionlarda xeyli sayda günahsız insanlar həbs olundu. Həbs olunanlara qarşı son illərin ən ağır işgəncələri tətbiq olundu. İbtidai istintaq kütləvi qanun pozuntuları ilə həyata keçirildi. İlk gündən biz Nardaran hadisələrini diqqətlə izləyirik. Hal-hazırda həbs olunanların məhkəməsi gedir. Biz onların məhkəməsində iştirak edirik. İstəyimiz odur ki, heç olmasa bundan sonra onların məhkəməsi qanun və ədalət çərçivəsində aparılsın.

 

-Bir hüquq müdafiəçisi kimi siz özünüz də qeyd elədiniz ki, əvvəl gündən bu məsələni diqqətdə saxlamısınız.Onların adlarını siyasi məhbus kimi siyahıya da daxil etmisiniz. Bu onların taleyinə nə kimi təsir edəcək?

 

Biz keçən il 26 noyabrda Nardaranda baş vermiş hadisələri "Nardaran işi”kimi qeyd edirik. Siyasi məhbus məsələsi ilə bağlı apardığımız işlərdə "Nardaran işi”- ni siyasi motivli iş kimi qəbul edirik. Çünki 26 noyabr hadisələri hakimiyyətin öncədən planlaşdırdığı konkret məqsədə, hədəfə vəplana uyğun həyata keçirdiyi siyasi motivli əməliyyat idi. Bu əməliyyat siyasi maraqlara və məqsədlərə xidmət etdiyindən orda həbs olunan bütün şəxslər hakimiyyətin yanlış siyasətinin qurbanlarıdır. "Nardaran işi” siyasi motivli olduğuna görə biz bu hadisələr zamanı həbs olunan bütün şəxsləri qeyd- şərtsiz siyasi məhbus hesab edirik. Ona görə də onlara heç bir fərq qoymadan hammısının adını siyasi məhbus siyahısına daxil etmişik. Amma bizdə olan məlumata görə adları siyahıda olmayan, həbsdə olan insanlar var.Təəssüfləndirici haldır ki, Nardaran hadisələri ilə bağlı hələ də həbslər davam edir. Hal- hazırda biz həmin şəxslər haqqında məlumatlartoplayırıq. Biz onlarhaqqında məlumatların toplanması, onların tanınması və müdafiə olunması istiqamətində səylərimizi və dəstəyimizi davam etdiririk. Xatırlayırsınızsa, bir müddət öncə "Nardaranda nə qədər şəxs həps olunub?” başlığı altında mənim bir yazım dərc olunmuşdu.Mən bu yazıda qeyd eləmişdim ki, Nardaran hadisələri ilə bağlı bizdə olan məlumata görə 87 nəfər həbs olunub.Bu hələ bizdə olan məlumat idi və artıq ondan sonrada həbslər həyata keçirilib və yaxın günlərdə də həbslər davam edib. Yəni bu rəqəmin 87 deyil, daha çox olduğunu düşünürəm.Eyni zamanda 7 nəfər axtarışdadır. Həmin yazıdan sonra məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşıMübarizə İdarəsinə çağırıb xəbərdarlıq etmişdilər. Biz həbs olunanlarla bağlı məlumatlar toplayırıq. Nardaranda nə qədər insan həbs olunub, onların siyahısını toplayırıq. Onların adlarını siyasi məhbus siyahısına salmışıq. İctimaiyyətə təqdim etmişik. Eyni zamanda bu işin siyasi motivliolduğunu isbatlamağa çalışmışıq və onların azadlığa çıxması istiqamətində işlərimizi davam etdiririk. Yeri gəlmişkən deyim ki, hüquq müdafiəçiləri Leyla Yunusun, Elşən Həsənovun və mənim iştirakım, ölkənin 40 –dan çox tanınmış ictimai- siyasi fəalların, hüquq müdafiəçilərinin, ziyalıların dəstəyi ilə 160 nəfərlik siyasi məhbus siyahısını hazırlayıb dərc etmişik. Siyahı Azərbaycan və rus dilində yayılıb, hal- hazırda ingilis dilinə tərcümə olunur. Siyahınınrus dili variantı beynəlxalqtəşkilatlara təqdim olunub. Məlumat üçün bildirim ki, siyahının hazırlanmasında iştirak edən tanınmış hüquq müdafiəçisi Leyla Yunus Avropada görüşlərə başlayıb və müxtəlif ölkələrin parlament səviyyəsindən tutmuş, Avropa parlamentinə qədər siyasi məhbusların hüquqlarının müdafiəsi istiqamətində işləridavam etdirir. Həm bu siyahını təqdim edir, həm də siyasi məhbuslarla bağlı lobbiçilik fəaliyyətini həyata keçirir. Bizim əsas işimiz onların adlarını siyasi məhbus siyahısına salmaqla yanaşı, onlarıyerli və beynəlxalq ictimaiyyətə tanıtmaqdır.Eyni zamanda yerli və beynəlxalq ictimaiyyətin diqqətini bu şəxslərə yönəldib, (söhbət bütün siyasi məhbuslardan gedir) onların azadlığa çıxmasına nail olmaqdı.

 

-Sizin fikirinizcə məhkəmə bunlar haqqında nə qərar çıxaracaq? Onların taleyi necə olacaq?

 

Hal-hazırda Müsəlman BirliyiHərəkatının sədri Taleh Bağırzadə başda olmaqla 17 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində və eyni zamanda AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da onlarla birgə məhkəməprosesi gedir. Hazırda məhkəməsi gedən Taleh Bağırzadə və Müsəlman Birliyi Hərakatının üzvlərinə qarşı irəli sürülən ittihamlar çox ağır ittihamlardırvə onlar bilirsiniz ki,Ağır Cinayətlərdə ittiham olunurlar və Cinayət Məcəlləsinin 20- dən yuxarı maddəsi ilə ittiham olunublar. Təbii ki, həmin maddələrdə onları ağır cəzalar gözləyir. Yəni onları 15- 20 il və ya ömürlük həbs edə bilərlər. Amma biz bilirik ki, bu şəxslər törətmədiyi cinayətlərdə ittiham olunurlar. Absurdmaddələrlə ittiham olunurlar. Hazırda onların məhkəmələri davam edir. Öncədən hər hansı bir fikir söyləmək çətindi. Təbii ki, məhkəmədə çoxlu sayda qanun pozuntuları baş verir. 26 noyabr hadisələri ilə bağlı aparılan əməliyyatın qeyri- peşəkar olduğu, insanların lüzumsuz yerə qətlə yetirildiyi, əsassız olaraq həbs olunduğu, işgəncələrə məruz qaldığı və ibtidai istintaq zamanı çox saylı qanun pozuntularına yol verildiyi məhkəmədə açıq- aşkar görünür. Bizməhkəmədə iştirak edirik.İnsanların günahsız olduğunu və şərlənərək həbs olunduğunu görürük. Hesab edirəm ki, Nardaran hadisələri ilə bağlı həbs olunmuş şəxslər azad olunmalıdır. Ədalətli məhkəmə keçirilsə onlar azadlığa buraxılar, 26 noyabr əməliyyatını həyata keçirənlər məsuliyyətə cəlb olunar. Təbbi ki, ədalətli məhkəmə getmir, bunun üçün də biz ədalətli hökm gözləmirik. Amma bütün hallarda biz işlərimizi davam etdiririk. Məhkəmələrdə iştirak edir, monitorinq aparır, qeydlərimizi yazır, mətbuatda fikirlərimizi bölüşür, onları müdafiə edirik.

 

-Hal-hazırdahəbsdə bir çox siyasi məhbuslar var. Həmin siyasi məhbusların buraxılması üçün Avropada beynəlxalq təşkilatlar bəyanatlar verir, öz reaksiyalarını bildirirlər. Amma "Nardaran işi ilə bağlı hələ ki beynəlxalq səviyyədə ciddi bir reaksiya yoxdu. Oqtay bəy, bu biganəlik nə ilə bağlıdır?

 

Maraqlı sualdır. "Nardaran işi”ilə bağlı beynəlxalq reaksiyalar hələ ki təəsüf ki, bizim istədiyimiz səviyyədə deyil,amma bununla bağlı işlər gedir. Müəyyən beynəlxalq qurumlar bu işlə bağlı maraqlanırlar, araşdırmalar aparır, müəyyən məlumatlar toplayırlar. Bizim bu yaxınlarda bir sıra səfirliklərlə görüşlərimiz olub, biz onlarla fikir mübadiləsi aparmışıq. Onlar da məhkəmədə iştirak ediblər.Eyni zamanda deyim ki, mənimölkədən çıxışım qadağandırvə 5 ildən çoxdur ki, mən ölkədən çıxa bilmirəm. 160 nəfərlik siyasi məhbus siyahısının hazırlanmasında iştirak etmiş hüquq müdafiəçisi Leyla Yunus "Nardaranişi” ilə bağlı həbs olunmuş şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyədə xeyli işlər görür. Təbbi ki, bu ayanşma hakimiyyətin qərb ölkələrinə təqdim etdiyi bir yanaşmadı ki, güya bu insanlar terrorçudurlar. Güya bunlar Azərbaycanda dini dövlət qurmağa çalışırlar.Bəzi təşkilatlar təəssüflərolsun ki, bilərəkdən və ya bilməyərəkdən bu təbliğatın təsiri altına düşürlər. Onların bir qismi dədini, islami təşkilatlara qarşı ehtiyatlı davranırlar. Ammabuna baxmayaraq biz lobbiçilik,məlumatlandırma işlərimizi davam etdiririk və mən düşünürəm ki, həbsdə olan Müsəlman BirliyiHərakatının üzvləri və tərəfdarları ilə bağlı beynəlxalqtəşkilatlardan da obyektiv və ədalətli mövqelər görəcəyik.

 

 
Müsahibəni hazırladı 
Polad Aslanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]