Siyasət

Leyla Yunus 160 nəfərlik siyasi məhbus siyahısını Avropa Parlamentində təqdim edib

30-11-2016, 13:25
Leyla Yunus 160 nəfərlik siyasi məhbus siyahısını Avropa Parlamentində təqdim edib

"Hər iki şəxsin səhhətində həbsdən qalma ciddi problemlərin olmasına baxmayaraq insan haqlarının durumu ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdikləri qətiyytli mövqeyə görə onlara eşq olsun!”

 

Xeberman.com xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev Leyla Yunusun 160 nəfərlik siyasi məhbus siyahısını Avropa Parlamentinə təqdim etməsinə münasibət bildirərkən deyib: "Tanınmış hüquq müdafiəçisi Leyla Yunus siyasi məhbusların müdafiəsi ilə bağlı Avropada görüşlərə başlayıb. Onun növbəti görüşü Avropa Parlamentində olub. 28 noyabrda Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən müzakirələrdə Leyla xanım son həbslər, hazırda məhkəməsi gedən "Nardaran işi" və siyasi məhbuslarla bağlı çıxış edib. O çıxışında son siyasi məhbus siyahısını təqdim edərək Azərbaycanda 160 nəfərdən artıq siyasi məhbusun olduğunun bildirərək Avropalı parlamentariləri onların azadlığa buraxılması istiqamətində mübarizəyə səsləyib. 

Avropa Parlamentində politoloq Arif Yunus Azərbaycanda İslam faktoru mövzusunda çıxış edib.
Hər iki şəxsin səhhətində həbsdən qalma ciddi problemlərin olmasına baxmayaraq insan haqlarının durumu ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdikləri qətiyytli mövqeyə görə onlara eşq olsun!”


Administratorla əlaqə

077 611-55-22

[email protected]