Siyasət / Müsahibə

M.Mirəlioğlu:Biz hələ gözləməkdəyik.Yanvarda nə olacaq ,necə olacaq hələ məlum deyil

21-11-2016, 00:23

M.Mirəlioğlu:Biz hələ gözləməkdəyik.Yanvarda nə olacaq ,necə olacaq hələ məlum deyilXeberman.com saytının "Siyasi dəyərləndirmə” layihəsinin ilk qonağı KXCP-nın sədri Mirmahmud Mirəlioğludur.M.Mirəlioğlu ilə Amerikada keçirilən seçkilər, Türkiyədə hərbi çevriliş və sonrakı, vəziyyət, Qarabağ probleminin həlli yolundakı açar və ümumi dəyərləndirmə…

Xeberman.com həmin müsahibəni təqdim edir:

 

Trampın prezident seçilməsi Qafqaza nə vəd verir?

 

 

Amerikada keçirilən seçkilər kimin necə təhlil etməyindən aslı olmayaraq yaxşı nə vəd verirsə, Amerkanın özü üçün verir. Yəni burda adlar dəyişilir, partiyalar dəyişilir. Biri digərini əvəz edir, bundan aslı olmayaraq bütün çıxarlar ancaq Amerkanın özü üçün olur. Bu Tramp seçiləndədə belədi, bu Bil Kilinton seçiləndədə belədi, amma indi sizin dedikləriniz ki, konkret olaraq Qafqaza nə vəd verir. Qafqaza vəd olunan öz yerində, amma Amerikanın çıxarlarına, Amerkanın strateji maraqlarına nə uyğun olacaqsa o da ediləcək. Burda insanlar istər Amerikadakılar, istər dünyanın başqa yerlərində olanları, istərsədə Azərbaycanda olanları daha çox cəlb eləyən seçki kompaniyasında deyilənlər və yaxudda ilk sözdə deyilənlərdi, birdə indiyə qədər olanların təhlilidi, amma nəzərə alınmayan bir məsələ var ki, o da Amerikanın özünün siyasəti, dəyişməz siyasətdir.

 

M.Mirəlioğlu:Biz hələ gözləməkdəyik.Yanvarda nə olacaq ,necə olacaq hələ məlum deyilNədi o siyasət?

 

 

-Harda olmağından, kimlə olmağından, necə olmağından demokratik respublika olmalıdır.Onlar birinci amerikalıdır, amerikanın mövqeyindən çıxış edirlər.Hər yerdə bütün strateji müttəfiqləri ilə, hərbi müttəfiqləri ilə, iqtisadi müttəfiqləri ilə müqavilələrdə, şərtlərdə birinci Amerikanın mənafeyidir.Amerikanın siyasətinə nə uyğun gələcəksə, Qafqazda da o siyasət yürüdüləcək.Məncə siyasət az dəyişləcək.Kimi Trampı, kimi Klintonun müdafiyə etməyindən aslı olmayaraq Amerikanın siyasəti qismən dəyişəcək. Dəyişən birinci prezidentlərin adları və soyadları olacaq, ikincisi onların eləyə biləcəkləri, etmək istədikləri haqqında dediklərin artıq institutlar tərəfindən formalaşdırılan və illərlə davam etdirilənlərə uyğunlaşdırılacaq.Gördüz ki, biz seçki günündə seçkinin nəticəsi hesablanıb elan olunana qədər həmin vaxt ki, Tramp bir başqa Tramp idi, ilk çıxışındakı Tramp başqa bir Tramp idi. İlk cümləsi salamlaşmaq ardınca sizləri təbirik edirəm və Klinton sizləri təbrik elədi, zəng elədi məni, ailəmi və partiyamı, qələbəmizi təbrik elədi. Heç kəs gözləmirdi bunu. Yəni etik olaraq gözlənilən idi, amma Trampdan bunu kimsə gözləmirdi.Ən azı ikinci-üçüncü cümlədə bunu deməsi gözlənilmirdi. Ona görədə bu məsələ belədir. İndi biz baxacağıq Amerikanın Qafqaza yönələn siyasəti az dəyişəcək. Siz dediyinizin başqa bir tərəfidə var.Türk dünyasının, islam dünyasını dünyada keçirilən seçkilərdə, xüsusi ilə də Amerikada keçirilən seçkilərdə, seçkilərin nəticələrində aldatmaq deməzdim, uydurmaq tez olur. Məsələn elan olunan kimi 8 il bundan qabaq Barak Hüseyn Obama imiş və bunun müsəlmançılığı var.Tez böyük Türkiyyə Cümhüriyyətində qurban kəsib payladılar Obam (Hüseyn) seçildiyinə görə.İndi də deyirlər iki-üç gündür ki, Trampda Pakistanlı imiş. Yəni bizim informasiyanın ardınca necə getməyimizə, türklüyümüzə,islamçılığımıza daha tez xoş sözə uymağımıza hesablanmış bir mesajdır.

 

Keçən seçkidədə, bu seçkidədə Qafqazda erməni lobbisi Kilintonu rus və Azərbaycanlılar isə Trampı dəstəklədilər.Bu dəstəkdən nə gözlənilir?

 

 

 

-Bu ağıllı bir addım idi .

 

M.Mirəlioğlu:Biz hələ gözləməkdəyik.Yanvarda nə olacaq ,necə olacaq hələ məlum deyilNə üçün ağıllı bir addım deyirsiniz?

 

 

-Biz Trampı tanımırdıq, bizim adamlarımız dəstək verənlərimiz belə çıxır ki, Trampı qisməndə olsa tanıyırdı, amma hamı Bil Klintonu tanıyırdı, mövqeyini də bilirdi. Ona görə də ermənilərin mövqeyi normal mövqe idi.İndiyə qədər ona dəstək verən onun siyasətini bu və digər dərəcədə dəstəkləyən adam o siyasəti aparan adama dəstək verməli idi. Biz qismən tanıyırdıq. Başqalarıda onu tanıdığına görə artıq Trampı dəstəkçiləri Qafqazdan, Rusiyadan olan dəstəkçiləri yəqin ona görədir ki, Kilintonu bir başa tanıyırdı.Trampı tanımasalar belə, Kilintondan fərqli olacağına inanırdılar.Trampın kənardan dəstəklənməsinin əsas səbəbi həmdə Amerikan siyasətinin, Amerikan üsul idarəsini tənqid etməyi idi. Bu da yaxşı hesablanmışdı. Məncə Amerikanın özü də dəyişiklik etmək istəyirdi. Hal -hazırda dünyanın özü də dəyişilik istəyirlər,dəyişikliyin dalınca qaçırlar. Bizdən başqa ölkələr daha çox dəyişiklik edirlər hər sahədə.

 

Keçən seçkidə siz özünüzdə qeyd elədiniz ki, Barak Obama seçiləndə ərəb dünyası ,türk dünyası sevinirdi, qurban kəsirdilər ki, bizdən biri gəldi, amma daha çox inqilablar sevinənlər üçün oldu...

 

 

-Sevinənlər,qurban kəsənlər cəmiyyətin üzvüləridi, onlar siyasətçi deyildilər.Elə sevinənlər indidə sevinirlər. Düzdür qurban kəsmirlər, amma Tramp seçiləcək deyə havayı çay paylayırlar. Cəmiyyət özü dəyişilik istəyir. Amma Tramp özü Bakı üçün yeni deyil, Tramp seçilməmişdən qabaq Bakıya gəlmişdi.

 

Bu Qarabağ problemini həll etməyə bir nuans ola bilərmi ?

 

 

-Xeyir, Qarabağ problemini Azərbaycan özü həll etməlidir. Kimdənsə ümid bəsləməli deyil. ATET-in həmsədirlərindən biri Amerikanın vətəndaşıdı.Bakının Rusiyaya ümüdləri çox böyükdür.Bu gün də var o ümidlər.Amma Rusiya bu ümidləri heç vaxt doğrultmayıb və doğrultmayacaqda. Dünən, sırağa günü baş verənləri bildizdə?Rusiya hətta hərbi birləşmələr haqqında sərancam verdi və qüvvəyə mindi. Bu təkcə Azərbaycan-Qarabağ üçün deyil, NATO-ya qarşıdı. Həmdə tarixdə olan Rus-Türk münasibətləri var ki, müharibələr və münasibətlər var bunlar da ortadadır.Yenicə isinməyə başlayan Rursiya və Türkiyə münasibətləri var .Bu Rusiya sayağı bir cavabdır. Yəni Rusiya burda öz işini görür.Ankara və Moskvanın danışmaları bir anlaşma olur.Türkiyənin baş naziri Rusiya səfərində elə həmin günü sərəncam imzalayır və hərbi birləşmə formalaşır və s. Bu artıq Rusiya sayağı bir yanaşmadır. Onsuzda İrəvanın nə qədər müstəqil olduğunu hər kəs bilir. Hər kəsə məlumdu ki, Rusiyanın Qafqazda Gürcüstandan, Qarabağdan çıxardığı qoşunlar hətta 365-ci divizyanın özünün tör-töküntüləri bu gün İrəvandadır.Bunu bir daha Türkiyəyə göstərməkdən ötrü idi bu addımlar.Təkcə prespektivdə də Qarabağ probleminin həlli ilə bağlı gözləntilər var. O gözləntiləri dəfn etməkdən ötrü Rusiya bu addımı atır. Həm silahını verir, həmdə birləşmələrini bir azda möhkəmləndirir. Artıq o öz qərarlarınıda yeniləşdirir. Buna görə də Trampın seçilməsi Amerika Azərbaycan münsaibətlərində dəyişiliklər olmayacaq. Tramp birinci dəfə yox,ikinci dəfə də seçilsə Qarabağ problemini özümüz həll etməsək kimsə bizə dəstək verməyəcək.Biz səkkiz il bundan qabaq dediyimizi sağ olsunlar dünən parlamentdə səsləndirdilər ki, Azərbaycan ərazisində antiteror əməliyyatı keçirilməlidi.Ermənilər terrorçudurlar. Elan eləməlidirlər, antiterror əməliyyatı keçirməlidirlər.Vaxtı ikən biz sənədləri rəsmi şəkildə dövlət başcısına göndərmişdik.Bu məsələyə diqqət çəkib ABŞ-ın səfiri xüsusi ilə bizim nümayəndə heyyətinin qrupları ilə görüşür ki, siz bu antiterror əməliyyatını,planlarını bizə açıqlaya bilərsinizmi?Bildirdik ki,bu dövlət sirridi, biz heç nə deyə bilmərik. Azərbaycan hökümətinin gözlədiyi alınmadı.Gözlədi ki, Moskva dəstək verəcək alınmadı. Heç vaxtda alınmayacaqdı.

 

M.Mirəlioğlu:Biz hələ gözləməkdəyik.Yanvarda nə olacaq ,necə olacaq hələ məlum deyilAmerika və Rusiya arasında soyuq müharibə var. Bu soyuq müharibə SSRİ dağılandan sonrada davam edir. Bu müharibə Qafqazlılara təsir edəcəkmi? Bu seçkilərin nəticələri Qafqaza təsir edəcəkmi?

 

 

 

Biz hələ gözləməkdəyik.Yanvarda nə olacaq ,necə olacaq hələ məlum deyil. Çünki, Trampı heç kim tanımır, onun necə siyasət yürüdəcəyini kimsə bilmir.

 

Nə üçün belə qənaətdəsiz?

 

 

Çünki, Trampın siyasi arenada fəaliyyətini görən yoxdur. Buna görədə vəziyyət həddən artıq çox qəlizdir. Yəni Tramp nə edəcək?Bunu öncədən demək çox çətindir.Hətta Amerikanın bu gün ki, siyasətinə uyğun addımlar atacaq ya atmayacaq bilinmir.Bizim bəzi yazarlarımız ,politoloqlarımız xüsusilə də deyirlər ki, Obama Avropa səyahətinə çıxdı və Trampı təqdim etmək, Avropanı yumşaltmaqdan ötrü. Elə bir şey yoxdur. Bəlkədə var,ola bilsin ki, var çünki, biz onun proqramını onun işini konkret şəkildə bilmirik. Bu Obamanın sonuncu səfəri idi, vida səfəri idi. Ola bilsinki belə bir məsələ var. Çünki, Trampa zaman lazımdır seçkidə seçicilərinə verdiyi vədləri yerinə yetirmək üçün.Biz öz problemimizi özümüz həll etməliyik.Kimdənsə nə isə gözləməməliyik. Allah, millət və özümüz.

 

Türkiyə son hərbi çevrilişlə bağlı Amerika izi axtarır. Bu iz realdımı Türkiyə üçün yoxsa...

 

 

FETO məsələsində cəmiyyətində,bizimdə fikirlərimiz dəyişir. Bunu özünün alternativi və müxalifi kimi qəbul eləmişdik başlanğıcda. Amma ortalıqa kitablar, sənədlər, yazılar,bir sıra faktlar qoyurlar. Amerika seçkiləri zamanı Türkiyə təhlilçiləri sənədlərlə ortaya qoyublar ki, Kilinton seçkisində 60 milyon dollar seçkilərə pul xərclənib ki, onun 2 milyon dolları konkret olaraq Fetoçuların xətti ilə gəlirdi bu dəstək. Bu araşdırma gedir hələ bunlar öz yerində.Türkiyənin vəziyyəti çox ağırdı. Türkiyədə bundan başqa PKK-a problemi var.Otuz ildən çoxdur davam edir. Özünün daxilində bir çox problemi var.Edam hökmünü qəbul etmək istəyirlər , amma orda edamı gözləyən edam edilmir. Guya PKK–ın siyasi qolu HDP gəldi nəzərdə tutulmuşdur ki, gəlsinlər siyasi mübarizə aparsınlar. Amma onların özləridə bilirdi ki, onlar siyasi mübarizə aparmayacaqlar.Türkiyədə məsələlər çox qarışıqdır.Qardaş Türkiyə cühmuriyyətinin halına acımaqdan başqa əlimizdən bir şey gəlmir. Görürsünüz 10 minlərlə adam həbs edildi, bir neçə min adam isə azad olundu. Bu məslədə Türkiyə iqtidarının çox səhvləri var bu məsələdə. Başlanğıcda elə bilirdilər ki, siyasi kursları düzdür, amma onun doğrultmadığı parçalanma getdicə artmaqdadır. Dünənə qədər Türkiyə yalnız və yalnız iki dildə ad göstəricisi var idi. Türk lazım olan yerlərdə isə İngiliscə.Amma indi türk, ingilis və kürtcə. Artıq kürd dilində tv-lərdə var.Yəni Türkiyə parçalanma həddindədir. Artıq bir tərəfi parçalanıb deyə bilərik. Ağırdı Türkiyənin vəziyyəti. Bu məsələdə ABŞ-ın olmasın deməkdə çətindir, yalanlamaqda çətindir.Türkiyədə hakim partiya AKP hakimiyyətidir. O siyasətini ardıcıl qurmur.

 

R.T.Ərdoğan siyasətinin ilk illərində Ərbakanın dönəmində Azərbaycana gəlmişdi,o zaman siz hakim partiyada təmsil olurdunuz. Həmin zaman nə vəd verdi və vədinə əməl etdimi?

 

Bilirsiniz, dövlətlər başqadır, hökmət başqa. Bu iqtidarlarda dəyişməz bir halda var dövlətinin özünün münasibətlərdə başqadır. Dövlətin təmsilçiləri də elə iqtidar olur. Ərdoğan başlanğıcda kimə nə vəd vermişdisə onuda tutdu.Yəni Azərbaycan hökümətinə istər H.Əliyev olsun, istərdə İ.Əliyevə nə vəd vermişdisə onuda tutdu. İqtisadi əlaqələr, siyasi əlaqələrdə nə vəd vermişdisə ona da əməl etdi . Hətta Beynəlxalq aləmdə, Beynəlxalq tədbirlərdə və hər yerdə Türkiyə Azərbaycanın yanında oldu və dəstəklədiyinə baxmayaraq, Azərbaycan iqtidarı Türkiyəyə Beynəlxalq səviyyədə lazım olan dəstəyi verməyiblər. Bu şəxsi müstəvidə olan bir məsələdi. Ərdoğan-Heydər Əliyev, Ərdoğan -İlham Əliyev. Bu gün ki, xarici işlər naziri Türkiyənin hətta şəxsi münasibətlərdə xeyli sıcaqlıqlar var.Məncə deyilənlər edildi.Hətta Türkiyə Azərbaycana görə Ermənistanla sərhəddini açmadı.Ermənistanla Türkiyə arasında Südixa anlaşması vardı,bunlar kağız üzərində qaldı.Amma gedişlərdə elə oldu ki,normalda günahkar guya Ermənistan idi.

 

Sonda;İndi bu proseslərdən belə başa düşdük ki,Qafqazlarda gedən geopalitik vəziyyət, dünyada gedən seçkilərdən asılı olmayaraq gərək xalq olaraq, dövlət olaraq özü öz taleyüklü məsələlərini ,problemlərini özü həll eləsin.

 

Müsahibəni hazırladı: Polad Aslanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]