Şikayət / Media / Ölkə

Aclıq aksiyası keçirən baş redaktorun səhhəti ağırlaşıb

21-05-2019, 04:41
 Aclıq aksiyası keçirən baş redaktorun səhhəti ağırlaşıbPress-az.com saytının baş redaktoru Polad Aslanov özünün facebook səhifəsində yazaraq bildirib ki, "Reallıq.info" saytının baş redaktoru İkram Rəhimovun ailə üzvüləri ilə bu gün telefon əlaqəsi saxladım. Ailə üzvüləri mənə bildirdilər ki, İkram Rəhimov bir həftədir ki, aclıq aksiyasını davam etdirir. Artıq onun sağlamlığında müəyyən problemlər yaranıb. İkram Rəhimovun aclıq aksiyası keçirməsinə səbəb DTX-i tərəfindən yeddi aydı həbs edilib. Həbs müddətində istər istintaq gedişindən, istər də məhkəmə prosesinin gedişindənn narazı olduğuna görə şərlənərək həbs olunduğu üçün aclıq aksiyasını davam etdirir.İkram Rəhimov bildirirb ki,İstintaqı aparan DTX-nin əməkdaşları istintaqı düzgün aparmayıb. Məhkəmə prosesinin hakimi Əlövsət Abbasov məhkəməni düzgün aparmır,qondarma ittihamla, tanımadığı şəxsləri onun üzünə durğuzur. Bu səbəbdən də sifariş əsasında mənə hökm çıxarılacağını nəzərə alıb müddətsiz aclıq aksiyası keçirir. Buna görə də yerli və Beynəlxalq təşkilatlardan, hüquq müdafiyəçilərindən, məxsus Oktay Gülalıyevdən , Əlövsət Sadıqlıdan ,Evez Zeynallidan , Mehman Əliyevdən ,Taleh Xasməmmədovdan , media nümayəndələrindən xahiş edir ki, pozulmuş hüquqlarının bərpasında ona dəstək olsunlar.
P.S Məsələ mənim diqqətimdədi.Yeni informasiyalar olduqca əlavə edəcəm. Növbəti məhkəmə prosesi may ayının 29-da saat 12:30-da olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]