Şikayət / Ölkə

Göyçay-Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev pul qazanmaq üçün Göyçay rayon sakinlərinin sağlamlıqlarını təhlükə altında qoyub

23-06-2017, 23:00
Xeberman.com xəbər verir ki,Analoq.az-ın mail ünvanına Göyçay rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub.Məktubu olduğu kimi xeberman.com oxucularına təqdim edirik:

Göyçay rayon icra başçsı Mehdi Səlimzadə hara baxır bilmirik.Bu adam bir maraqlanmır ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev pul qazanmaq üçün Göyçay rayon sakinlərinin sağlamlıqlarını təhlükə altında qoyub, rahatlığını pozub.

Olsun ki, Arif Əliyev qazandığı puldan onlara haqq verdiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur.Arif Əliyev "Göyçay-Avtonəqliyyat" ASC-nin direktorudur.O, həmin avtobazanı bazar edib.

Həmin bazardan gündəlik yaxşı qazanc əldə etsədə antisanitariya, şəraitsizlik, qışda palçıq, yayda toz-torpaqdan bazara girmək mümkün deyil. Tozun-palçığın içində yerə qida məhsulları, kənd təsərrüfatı malları satılır.

Bunu da biz sakinlər məcburuq alaq uşaqlarımıza yedizdirək.Göyçay rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru "Göyçay-Avtonəqliyyat" ASC-də qanunsuz fəaliyyət göstərən bazardakı antisanitariyanın qarşısını almır heç bir tədbir görmür, hansı ki, bütün bu neqativ hallar göz önündədir.

Arif Əliyev bu bazardan küllü miqdarda pul qazansada asfalt örtüyü çəkdirmir, köhnə piştaktaları yığışdırmır, qida məhsullarının örtülü yerdə satılmasını təmin etmir, soyducu sistemi təşkil etmir.

Bir-neçə gündür intensiv yağışlardan bazarda dəhşətli mənzərə yaranıb.Yağışdan əmələ gəlmiş gölməçələr iylənib, kanalizasiya işləmir, palçıq əlindən bazara girmək olmur.Bura nə bazar kimi bazar deyil, nədə ki, avtobaza kimi heç nəyə yaramır.İşləməyən köhnə yararsız avtobuslar bazara qarışıb.

Elə bilki "Göyçay-Avtonəqliyyat" ASC-nin direktoru Arif Əliyev insanların qəsdinə durub.Buna baxmayaraq icra başçısı heç bir tədbir görmək istəmir.Buna görə də Arif Əliyev bildiyini edir.

Bəlkə də Azərbaycanda belə antisanitariya içində fəaliyyət göstərən şəraitsiz ikinci bazar yoxdur. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik..

Cənab prezident,pul qazanmaq üçün "Göyçay-Avtonəqliyyat" ASC-ni bazara döndərib,antisanitariya şəraitində əhalinin sağlamlığını təhlükə altında qoyan "bazarkom" Arif Əliyevin barəsində tədbirlər görəsiniz.

İmza Göyçay rayon sakinləri

Səmədova Vəcihə Firuddin qızı
Feyzullayeva Durnisə Qüddəsər qızı
Vəliyeva Güllü Fərman qızı
Umudova Səmayə Çingiz qızı
Məmmədov Tahir Kamal oğlu
Süleymanov Bahadur Nurməmməd oğlu
İxtiyarov Neman Vəzir oğlu
Dadaşov Piralı Qulam oğlu
Yusifova Nərgiz Rafiq qızı
Nuriyev Oruc Cavad qızı
Əliyev Cavid Şahin oğlu
Xeberman.com qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır

Administratorla əlaqə

077 611-55-22

[email protected]