Şikayət / Ölkə

Azərbaycanda döyülən şagird şikəst oldu – FOTO

5-05-2017, 16:16

2015-ci il oktyabrın 14-də Biləsuvarın Əlimərdan Hüseynov adına Çaylı kənd orta məktəbində müəllimin şagirdi döyməsi bir gəncin indiyə qədər həyatla ölüm-qalım çarpışmasına səbəb olub.

Xeberman.com BakiPost-a istinadən xəbər verir ki, sözügedən məktəbin bədən tərbiyəsi müəllimi Əzizov Elməddin Nurəddin oğlunun o zaman 10-cu sinif şagirdi olan Rəcəbli Əfsun İman oğlunu sinifdə vəhşicəsinə döyməsi uşağı bu günə kimi xəstəxana qapılarında qoyub.

1999-cu il təvəllüdlü Ə.Rəcəbli hələ də müalicə alır, ona şüa verilir və prosesin 25 yaşına qədər davam edəcəyi bildirilir.

Müəllim isə şagirdini döyməklə təkcə ona travma vurmayıb, həm də səhlənkar həkimlərin əlinə düşməsinə səbəbkar olub.
Azərbaycanda döyülən şagird şikəst oldu – FOTO
Döyülən gəncin atası İman Rəcəbov oğluna dəyən zərərə görə haqqını tələb edir və günahkarın cəzalandırılmasını istəyir.

Şikayətçi hadisənin detallarını danışıb. Onun sözlərinə görə, hadisə dama oyunu üstündə baş verib:

“Evə gəlib gördüm ki, uşaq ağlayır, vəziyyəti yaxşı deyil. Soruşdum ki, ay bala, nə olub, dedi, Elməddin müəllim vurub”.

Onun dediyinə görə, evdə oğlunun vəziyyətinin yaxşı olmadığını görüb dərhal həkimə aparıb. Lənkərandakı xəstəxanada uşağın burnunun sındığını deyiblər. Uşağını Bakıda əməliyyat etdirməyə maddi gücü çatmayan ata İrana üz tutub. Təbrizdəki əməliyyat uğursuz alınıb.

Ə.Rəcəblinin atası bildirir ki, bu günə kimi azı 35 min manata qədər xərci çıxıb.

Şikayətçinin sözlərinə görə, döyülmə faktı ilə bağlı cinayət işi açılıb və iş Biləsuvar rayon məhkəməsindədir. Ekspertizanın rəyi var, müstəntiq şagirdlərdən izahat alıb. Döyülmə faktı təsdiqlənib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]