Şikayət / Media

Jurnalist Abşeron İH-nin qabağında özünü yandıracağını deyir: ” İradə Gülməmmədovanın qəbuluna buraxmaq istəmirlər”

19-04-2017, 14:59

Jurnalist Rüfət Əhmədzadə öz Feysbuk səhifəsində intihar edəcəyilə bağlı anons verib. Qeyd edək ki, bir neçə gündür jurnalist Abşeron Rayon İcra Hakimiyyətinin süründürməçiliyindən əziyyət çəkdiyini yazır. Jurnalistin tələbi yaşadığı həyətdə ev tikmək istəməsilə bağlıdır. Rüfət Əhmədzadənin yazdığı həyacanlı statusu təqdim edirik.


“Xahiş edirəm, bu statusu paylaşın və saytlara yayın. Abşeron RİH-də qərəzli süründürməçilik bitmir, məni nə dinləmək, nə də İradə Gülməmmədovanın qəbuluna buraxmaq istəmirlər. Prezidentə şikayətimdən daha da qəzəbləniblər, sanki qisas alırlar… Anlamırlar, mən hər gün işdən icazə ala bilmərəm. Belə məmurlara görə, yeni işimdə də problem yaşayıram! Nahardan sonra başçının müavini İlham müəllimin qəbuluna gedəcəm. O da məni başından eləsə… Günün sonunda özümü Abşeron RİH-in qabağında yandıracam. Sizə Seyidəhmədin oğlu kimi söz verirəm! Artıq bezdim bu “sabah”-“birigün”lərdən. Yetim adamam, qəpik-quruşla, kreditlə material almışam… Özüm də ürək nevrozundan əziyyət çəkirəm, stresdən intihar həddinə çatmışam. Bu qədər incitməzlər axı adamı! Milyonçulara villa tikməyə icazə verirsiniz, mənə qanuni torpaq sahəmizdə ikiotaqlı daxmanın icazəsini çox görürsünüz?!” (azinforum)

Administratorla əlaqə

077 611-55-22

[email protected]