Şikayət / Ölkə

Neftçala icra başçısından aprel şəhidi Milli Qəhrəmana hörmətsizlik ?

4-02-2017, 20:42

Bu sözləri əslən Neftçaladan olan ictimai fəal Dəyanət Babayev Xeberman.com -a ünvanladığı müraciətində bildirib.
“Aprel ayında cəbhə xəttinin Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlunun şəhid olmasının üstündən 9 ay keçməsinə baxmayaraq hələ də şəhidin yaşadiqi Neftçala rayonda ata evinin qapısına “Milli Qəhrəman Samit İmanov bu evdə yaşamışdır” adlı lövhə vurulmayıb. Baxmayaraq ki, prezident İlham Əliyev aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə müvafiq sərəncamlar imzalayıb.
Maraqlıdır, icra başçısı vətən şəhidə, onun ruhuna, vətən uğrunda canını vermiş qəhrəmanı yetişdirən ailəyə qarşı hansı haqqla bu addımı ata bilər?” deyə Dəyanət Babayev müraciətində bildirib.
Qeyd edək ki, şəhid İmanov Samit Gülağa oğluna Ali Baş Komandan İlham Əliyevin sərəncami ilə Milli Qəhrəman adi verilib.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]