Reportaj

Geyimlərinə “Polisə ictimai dəstək” yazılmış şəxslər kimlərdir?

7-10-2016, 01:40
Geyimlərinə “Polisə ictimai dəstək” yazılmış şəxslər kimlərdir?

Onların formasına "polisə ictimai dəstək” yazılıb. Vətəndaşlar bu şəxslərin fotolarını çəkərək sosial şəbəkədə paylaşırlar. Həmin fotolara rəy yazanların bəziləri onları qınayır, bəziləri isə vətəndaşların polis orqanları ilə əməkdaşlığını müsbət dəyərləndirir. 

Xeberman.com xəbər verir ki, "Bizim Yol”-a açıqlama verən "Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev bildirir ki, "polisə ictimai dəstək” polisin nüfuzunun və imicinin artmasına müsbət təsir göstərəcək. 

"Mən bilirəm ki "Azərbaycanda kifayət qədər polis var, ictimai polisə ehtiyac yoxdur” deyə düşünən vətəndaşlarımız var. Lakin onlar bilmədirlər ki, Azərbaycanda polis əməkdaşlarının sayı azdır”,- deyə Ş.Əliyev bildirir.

Ekspert qeyd edib ki, bir neçə ay öncə prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, vətəndaşlar polislə əməkdaşlıq edəcək. Hərbi xidməti keçmiş, boyu 1.70-dən yuxarı olan şəxslər könüllü olaraq ictimai polis xidməti ilə məşğul olacaqlar. Polis orqanları həmin şəxslərə davranış qaydalarını, cinayətkarlıqla mübarizədə üsul və vasitələri öyrədəcəklər. Ehtimal olunur ki, həmin şəxslər tədricən polis orqanlarında xidmətə keçiriləcək.

Formasına "polisə ictimai dəstək” yazılmış şəxslər üçün büdcədə əmək haqqı nəzərdə tutulub. Onlar xüsusi forma və digər xidməti vasitələrlə təmin olunacaqlar. Lakin polis əməşdaşlarından fərqli olaraq onlar kabel silahı ilə təmin olunmayacaq.

Ekspert bildirib ki, ictimai polis məsələsi bu ilin əvvəlində ATƏT-in Bakı Ofisi ilə Daxili İşlər Nazirliyinin birgə keçirdiyi "Cəmiyyət dəstəkli polis” layihəsində gündəmə gəlmişdi: 

"Mən özüm də həmin layihədə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq iştirak etdim. ATƏT-in və Daxili İşlər Nazirliyin apardığı araşdırmalar, apardığı təhqiqatlarda sübut olunub ki, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının, təhlükəsizliyin təminatında vətəndaşların da dəstəyi olmalıdır. Bu baxımdan "polisə ictimai dəstək” xidmətinin yaradılması əhəmiyyətlidir”.

Ekspertin sözlərinə görə, bu təcrübə Türkiyədə, Böyük Birtaniyada və İsraildə var: 

"Azərbaycanda "polisə ictimai dəstək” adlanan şəxslər Türkiyədə "İctimai Polis”, Böyük Britaniyada "cəmiyyət və yaxud ictimai dəstəkli polis”, İsraildə isə "Təhlükəsizliyə  Dəstək” adlanır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]