Reportaj

Topdansatış ticarəti dayanmaq üzrədir

7-09-2016, 01:42
Topdansatış ticarəti dayanmaq üzrədir
Əməkdaşımız ölkənin ən iri ticarət mərkəzindəki yaranmış durumdan yazır

 

İri ticarət mərkəzində qiymətlərin artması ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Satışla məşğul olan şəxslər bunu Azəzbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər. 

Geyim, xalça, tekstil məhsullarının topdansatışı ilə məşğul olan mağazaların sahibləri bildirirlər ki, dolların məzənnəsinə uyğun olaraq satış təşkil olunur. Qiymətlər hər gün dəyişir-bahalaşır. Qiymət artımının süni olmadığını bildirən sahibkarlar bahalaşmanın davam edəcəyinin gözlənilən olduğunu vurğulayırlar. Ona görə də, malların topdansatışa məhdud sayda buraxdıqlarını deyirlər. 
Onu da öyrəndik ki, qiymət artımı ilə əlaqədar olaraq paytaxtda yerləşən iri ticarət mərkəzlərinə müraciət edən sahibkarların sayı günü-gündən azalır. 

Ticarət mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədər olaraq məktəbli formalarına tələbatın artıb. Öyrəndik ki, məktəbli formaları 32-35 manat arasında satılır. 

Sahibkarlarla söhbət zamanı o da məlum oldu ki, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən bağlanan mağazaların sayı sürətlə artıb. İstər ərzaq, istər tikinti, istərsə də məişət avadanlıqları mağazaları alver edə bilmir və bağlanır. Xüsusən paltar mağazaları kütləvi şəkildə boşaldılır. Ticarətçilər bir səbəb kimi də verginin və icarə haqlarının artmasını göstərirlər. Nəticədə «Sədərək»də hər addımda "kirayəyə verilir” elanı yazılmış mağazalara rast gəlmək mümkündür. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]