Reportaj

Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub

22-05-2017, 00:04

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Xeberman.com Report-a istinadan xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv finalda Oman yığmasını 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş matçda meydan sahiblərindən hər iki qola "Qarabağ"ın hücumçusu Mahir Mədətov imza atıb. Rəqib komanda ikinci hissədə təsəlli qolunu vursa da, bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, İslamiadanın bürünc mükafatçısı 3-cü yer uğrunda görüşdə Kamerunu 2 cavabsız qolla üstələyən Əlcəzair olub.

FİNAL
21:00. Azərbaycan - Oman - 2:1
Qollar: Mahir Mədətov, 16; 27 - Salah əl-Yəhyayi, 56
Tofiq Bəhramov adına Respublika stadionu

Administratorla əlaqə

077 611-55-22

[email protected]