Reportaj

Nardaran hadisələrindən sonra həbs olunan Şahbazov Failin məhkəməsi olub

16-05-2017, 20:56
Xeberman.com-un verdiyi məlumata görə, bu günləri Nardaran hadisələrindən sonra həbs olunan Şahbazov Failin Sabunçu Rayon məhkəməsində məhkəməsi olub. Bu günkü məhkəmə prosesində şahid qismində polis əməkdaşı Elçin Məmmədov ifadə verib.O bildirib ki,2016-ci ilin dekabr ayında onlara məlumat daxil olub ki,Faildə silah-sursat var.Məlumat daxil olandan sonra Faili polis idarəsinə gətiriblər.Onun özündən bu barədə soruçanda özü səmimi şəkildə etiraf etmişdi.Fail isə bu polis əməkdaşını tanımadığını,onun verdiyi ifadənin isə yalan olduğunu hakimə bildirdi və şahidə üzünü tutaraq bildirdi ki,əgər silah olub və mən yalan deyirəmsə Qurani-Kərim mənə dəysin.Əgər sən yalan deyirsənsə Qurani-Kərim sənə qənim olsun.Hakim Fail Şahbazova etiraz edir və deyir ki qarğınc etmək olmaz məhkəmədə.Fail isə hakimə bildirdi ki,hörmətli hakim bizə bu qədər zülüm ediblər əlimizdən yalnız qarğınc gəlir.Orda Məhərrəm adlı polis əməkdaşı mənə kişiliyə yaraşmayan nanəcib hərəkətlərlə işgəncə vermək istəyirdi.Mən isə əgər belə işgəncələr etsəniz özümü öldürəcəyimi bildirdim.Bu polislər bizim ailəmizi dağıtdı.Atamı,iki qardaşımı və məni qeyri-qanuni şərləyib silahla həbs etdirdi.Hakim isə ona bildirir ki,qardaşların özü məhkəmədə etiraf edib ki,onda silah olub,həmçinin atandada .Sənin özün də istintaqda etiraf etmisən ki,sənin silahın olub,bəs indi niyə etiraz edibsən.Fail isə bildirdi ki,hörmətli hakim bunların hamsı yalandı,böhtandı.Hal-hazırda evdə qalan kiçik qardaşımdı.Bütün evdə olan kişiləri həbs ediblər.Hakim soruçur o biri qardaşın hardadı?Zaldadı hörmətli hakim.Hakim qardaşından soruçur nə işlə məşğul olursan?Sən harda işləyirsən?

Əvvəllər parnikdə işləyirdim,indi qoymurlar.Deyirlər Nardaranlısan sənidə tutarlar, bizidə. Ancaq həyətdə tərəvəz əkirəm.

Hakim deyir ki,yalan danışma Nardaranlısan deyə səni işə götürməyə bilməzlər. Fail hakimə iradını bildirir. Bəyəm düz demir?Məsələn məni ,qardaşlarımı ,atamı həbs etmisiniz camaatda qorxur bizlərə iş vermir.

Prokror Fail Şahbazovun ibtidai istintaqa verdiyi etiraz edici ifadəyə görə 3-il iş istədi.Tövsiyyə olaraq Fail Şahbazova bildirdi ki,sən niyə vaxtında əkin-biçinlə məşğul olmurdun?Evində silah-sursat saxlayırdın?İndidə deyirsən atamı,qardaşlarımı həbs etmisiniz.Mənə yüngülləşdirici cəza verin deyirsən.Hələ burdada yalan danışırsan. İbtidai istintaqa verdiyin ifadəni öyrədilmiş şəkildə yalanlayırsan.

Fail Şahbazov bildirdi ki,hörmətli Prokror mən yalan demirəm o silah -sursatdan da xəbərim olmayıb.Məni 30sutka şərliyərək həbs etmişdilər.21-ci günü Sabunçu Rayon Polis idarəsinin əməkdaşları Sabunçu Rayon Polis idarəsinə gətirərək əlavə olaraq qundağsız ov tüfəngini və qunbaranı mənə yüklədilər. Bunların hamsı yalandı.

Növbəti məhkəmə prosesi mayın 23-də saat 14:00 da olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]