Reportaj

“Nardaran işi 3” Hacı Elman ilə Hacı Zülfüqar məni ovsunlayıblar.

15-05-2017, 18:58
Xeberman.com saytının verdiyi məlumata görə hakim Zeynal Ağayevin sədrliyi ilə Bakı Ağır Cinayyətlər məhkəməsində Nardaran işi 3məhkəmə prosesi davam etdirilib.Bu günkü məhkəmə prosesində şahid qismində Azad xəbər.com saytının redaktoru İlkin Məmmədov ,Məşdağa sakini Samir Babayev,Nardaran sakinləri Nəzir Hüseyn,Abbasov Valeh,Fəqan Dadaşov məhkəməyə şahid qismində dəvət olunmuşdu.Şahidlər dindirilməmişdən əvvəl Vəkil Şəhla Hünbətova məhkəməyə vəsadət verdi ki,təqsirləndirilən şəxslər məhkəmədə vəkillərlə bir yerdə otursun və yaxudda ki,onlar təqsirləndirilən şəxslərlə yaxından ünsiyyətdə olsunlar,sənədlər təqdim edəndə kanvoyun əməkdaşları sənədləri oxumasın.Prokror vəsadətin təmin olunmasını istəmədi,hakim isə vəsadəti təmin etmədi və bildirdi ki,onlar istənilən vaxtı təqsirləndirilən şəxslərlə söhbət edə bilərlər,ancaq sənədlərin kağız formada olan yazışmalar kanvoyun səlahiyyətindədi onlara məhkəmə olaraq qarışmırlar.Bundan sonra Azad xəbər saytının baş redaktoru şahid qismində ifadə verdi.O ifadəsində bildirdi ki,Nardaran hadisəsindən sonra Binəqədi ərazisində yerləşən kafelərin birində tanımadığım iki şəxs məni polisə apardı və yalandan üzümə durdular ki,mən söyüş söymüşəm.Məni inzibati xətalarla həbs etdilər.Həbsdən çıxandan 5-6gün sonra polis müstəntiqi və prokror işçiləri məndən şahid kimi ifadə aldılar.Hacı Taleh və digər tutulanlar barəsində suallar verdilər .Mən də bildirdim ki,tutulan insanlarla bağlı terror edib- etməmək barəsində və yaxudda dövlət əleyhinə çıxmaq barəsində mənim heç bir xəbərim olmayıb.
Prokror sual verir:Hacı Zülfüqar,Hacı Elman və digər burda əyləşən insanlar dövlət çevrilişinə cəhdlə bağlı çıxışları ,yazıları, müsahibələri olub Azad xəbər saytının?
İlkin Məmmədov :xeyir olmayıb,əksinə terroru pisləyib,vahhabilərin əleyhinə çıxışları olub,şəhid Mübariz və digər şəhidlər barəsində Hacı Elmanın bizim saytda çıxışları olub.
Hacı Zülfüqar sual verir:Mən müsəlman birliyinin üzvü olmuşam?
İlkin Məmmədov :Xeyr olmamısınız.
Hacı Zülfüqar:İnternetdə yazanda vahhabilərin qənimi kim çıxır?
İlkin Məmmədov :Hacı təbii sizin adınız çıxır.
Hacı Elman sual verir:Mənim terror etmək barəsində gizlində və aşkarda hər hansı bir çıxışım olub?
Xeyir olmayıb.
Nardaran sakini Nəzir Hüseyn şahid qismində ifadə verməyə dəvət olunur.O,ifadəsində bildirir ki,yazıb- oxumağı bilmir,onu sadəcə olaraq BMCMİ-nə dəvət ediblər,orada bir kağıza qol çəkdiriblər.Ondan soruçublar ki,Sən harada yaşayırsan,Nardaranlısanmı və.s.
Prokror sual verir:Xarici devlətdə olmusuz?ziyarətə getmisiz?
Bəli olmuşam.
Hansı ölkələrdə olmusuz?
İranda Məşhəddə,İraqda Kərbəlada olmuşam.
Prokror sual verir ki,sən bilirsən ki,yalan danışmaq günahdı ,insanda mənəviyyat gözəl şeydi,bəs bu yazdıqlarını kim yazıb sənin yerinə?
Vəkillər prokrorun dediyinə etiraz edir ki,sən şahidi yönləndirirsən ,şahidi təhqir edirsən.
Hakim müdaxilə edir,ifadəsini göstərir ki,bunları sən yazmamısan?
Xeyir mən yazmamışam.
Hakim sual verir:Ananın adı Xanımdı?
Xeyir:Rəhimədi.
Növbəti şahid Abbasov Valeh olur.O,ifadəsində bildirir ki,yazıb -oxumağı bilmir,Nardaran hadisələri zamanı isə evdə olub yatıb heç nədən xəbəri olmayıb.Onun da yazdığı ifadədən xəbəri olmayıb.
Növbəti şahid isə Samir Babayev oldu.O ifadəsində bildirdi ki,Müsəlman birliyinin üzvü olub və olmağı ilə də fəxr edir. Hacı Elman ilə Hacı Zülfüqar məni ovsunlayıblar .Hacı Zülfüqar və Hacı Elmana üzünü tutub deyir ki,məni üzürlü bilin həmişə siz tirbunada çıxış etmisiniz biz qulaq asmışıq, indı biz çıxış edirirk siz qulaq asırsız.Məhkəməyə bildirir ki,2012-ci ildə Həzrəti Abbas məscidində olub və orda ilk dəfə Hacı Talehə qulaq asıb,o gündən Hacı Talehə xüsusi sinpatiyası olub.Müsəlman birliyi yaranandan sonra da ilk üzvülərindən olub.Olduğuna görə də fəxr etdiyini deyib.
Samir Babayev əlavə olaraq bildirib ki,BMCBİ-də ondan təziq altında ifadə alıblar,o ifadələrin hamsı yalandı.Bu zaman prokror deyir ki,sənə təziq edilməsi ilə bağlı nə üçün yuxarı stansiyalara müraciyyət etmədin.Etsə idim bəyəm baxacaydılar?
Prokror:Necə yəni baxacaydılar?ağzına gələni danışma.
Hacı Zülfüqar etiraz edir:Bandotdelin yalan danışanlarına etiraz etmirsiz,amma doğru danışanlara qəzəblənirsiz və etiraz edirsiz.
Daha sonra Fəqan Dadaşov şahid qismində məhkəməyə ifadə verir.O isə məhkəməyə bildirdi ki,yazıb-oxumağı bilir,Nardaran hadisələri zamanı kəntdə olmayıb,Hacı Zülfüqarın,Hacı Talehin çıxışlarını ancaq internetdən izləyib.
Prokror sual verir:Bəs yazdığın bu ifadələri kim yazıb?
Mən yazmamışam,yalnız qol çəkmişəm.
Prokror:Qol çəkəndə oxumadız nəyə qol çəkirsiz?
Nə bilərdim ki,dövlət işçisi mənim adımdan yalandan ora yazılar yazar.Mən dövlətin işçisi olduğuna görə inandım.
Növbəti məhkəmə prosesi may ayının 22-də saat 10:30 da olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]