Reportaj

F.FƏRAMƏZOĞLU HAKİMLƏRDƏN İMTİNA ETDİ

4-03-2017, 01:28
Jamaz.info-un verdiyi məlumata görə bu gün jamaz saytının təsisçisi və baş redaktoru Fikrət Fərəməzoğlunun Eldar Mikaylovun sədriliyi ilə növbəti məhkəmə prosesi oldu. Hakim ilk öncə şahid qismində Həmzəyev İsrafilin ifadə verməsini istədi.O ifadəsinə başlayarkən bildirdi ki, zərərçəkən Mehman Həsənov ona bildirib ki,F.Fərəməzoğlu onun barəsində yalan ,şantaj xarakterli məlumatlar yayıb,onun müqabilində 3min manat pul istəyir.Məndən xahiş edildi ki,şahid qismində işə əlavə olunum.Məndə etiraz etmədim.BMCMİ-də polis nəfərləri və M.Həsənovla birgə Nərmanovda bir ofisə gəldik. Orada F.Fərəməzoğlu yox idi deyə 20yanvarda “Alma”restoranının yanına getdik.M.Həsənovla F.Fərəməzoğlu həyətdə görüşdülər,M.Həsənov F.Fərəməzoğluna 3min manat pul verdi,bundan sonra əməliyyatçılarla birgə mən F.Fərəməzoğluna yaxınlaşdım.Əməliyyatçılar onun üstünü yoxlayarkən M.Həsənovun verdiyi 3min manat və onun özünə aid 18manat üstündən çıxdı.Ondan sonra biz BMCMİ-nə gəldik.Orada F.Fərəməzoğlu dedi ki,sənədlər,faktlar kompyuterimdədi gedek onu götürək.Ondan sonra şahid qismində mən və polislər F.Fərəməzoğlunun evinə getdik.Evdəndə kompyuteri və sənədləri götürüb BMCMİ-nə qayıtdıq.
Prokror:Siz zərərçəkənləri əvvəlcədən tanıyırdız?
Həmzəyev İsrafil:Xeyr tanımamışam.
Prokror:Siz protokol yazılanda orda olmusuz?
Həmzəyev İsrafil:Bəli olmuşam
Prokror:protokol harda yazılıb.
Həmzəyev İsrafil:BMCMİ-də
Vəkil Akif Ağayev:F.Fərəməzoğlu pulu alarkən siz orda idiz?
Həmzəyev İsrafil:Bəli
Akif Ağayev:F.Fərəməzoğlu pulu alarkən hara yerləşdirdi?
Həmzəyev İsrafil:Ona fikir vermədim
Akif Ağayev:Bəs deyirdin cibinə qoydu?
Hakim Eldar Mikaylov müdaxilə edir.
Deyir:Hörmətli şahid suala axıra qədər qulaq as sonra səbirlə cavab ver.
F.Fərəməzoğlu mən pulu təqdim elədim?yoxsa onlar özləri götürdülər?
Həmzəyev İsrafil:Yadımda deyil.
F.Fərəməzoğlu:Bəs sən ifadəndə dedin ki,pulu BMCMİ-nin əməkdaşları cibimdən götürdü.
Hakim:Məhkəmənin qaydasını pozmayın.Sən yox siz deyə müraciət edin.
F.Fərəməzoğlu:Siz mənim evimə gəlmisiz axtarış zamanı?
Həmzəyev İsrafil:Bəli gəlmişdim.
F.Fərəməzoğlu:Evim neçə otaqdı?
Həmzəyev İsrafil:3otaq idi.
F.Fərəməzoğlu:Hörmətli hakim bu yalan danışır.Məndə bilirəm yalan danışır,sizdə bilirsiz yalan danışır. Özüm istəyirdim ki,protokola düşsün
Bundan sonra BMCMİ-nin əməkdaşı Teymurov Mehman şahid qismində ifadə verdi. O ifadəsində bildirdi ki,Mehman Həsənov BMCMİ -nə gəlib ərizə yazdı ki, F.Fəramazoğlu ondan yazı yazmamağının müqabilində ayda 3000 manat pul istəyir.Bunu rəhbərlik eşidəndən sonra əməliyyat qurupunun yaradılmasını, F.Fəraməzoğlunun iş başında həbs olunması göstərişini verdi.Əməliyyat qurupu yaradıldı.Biz görüş yerinə getməyə doğru hərəkət edirdik.Yol əsnasında F.Fəraməzoğluna M.Həsənov dəfələrlə zəng etdi. Onun telefonuna zəng çatmadığı üçün onun Nərmanovda oturduğu ofisinə doğru hərəkət etdik.Ora çatanda M.Həsənov maşından düşdü ofisə getdi və qayıtdı.Ofisdə olmadığını bildirdi.Biz razılaşdırılmış görüş yerinə doğru getdik.Bir neçə deqiqə durmuşduq ki,bir də gördük ki,F.Fəraməzoğlu M.Həsənova yaxınlaşdı.Pulu götürdükdən sonra biz onlara doğru yaxınlaşdıq və F.Fəraməzoğluna bildirdik ki, biz BMCMİ-dənik üstünü yoxladıq cibindən 3min manat pulu götürdük BMCMİ-nə gətirdik.
Vəkil Akif Ağayev:M.Həsənov şikayətində nə yazmışdı?
Teymurov Mehmanov:Yadımda deyil.
Vəkil Akif Ağayev:Video görüntü olmuşdu?
Teymurov Mehmanov:Xeyr olmamışdı.
Vəkil Akif Ağayev:Pulu necə götürdüz.
Teymurov Mehmanov bayaq ifadəmdə qeyd elədim
Hakim Eldar Mikaylov suala etiraz edir və sualın çıxarılmasını istəyir.

F.Fərəməzoğlu həmin vaxt hakimdən imtina edir,məhkəmə zalını tərk etmək istəyini bildirir.O həmçinin bildirir ki,bu qanunsuzluqdu. Mənim vəkillərim nə sual verirsə demək olar ki,hamsından əsassız olaraq imtina edirsiz .Hakimə bildirir ki, siz əxlaqsız yuvaları işlədən M.Həsənova BMCMİ-nin əməkdaşlarına vəkillik edirsiz,hakimlik yox.
Hakim Eldar Mikaylov F.Fərəməzoğluna bildirir ki,məhkəmə prosesi davam edir ,xahiş edirəm sakitçiliyə rayət edin.
F.Fərəməzoğlu kurtkasını geyinib qapiya təpik vurur ki,açın qapını mən burda qalmaq istəmirəm.Ədilyənin işçilərinə deyir ki,mən burda qalmaq istəmirəm məni aparın.


Hakim Eldar Mikaylov məhkəməyə fasilə elan edir.Fasilə tamam olan kimi F.Fərəməzoğlu öz ərizəsini oxuyur hakimə təqdim edir. O ərizəsində bildirir ki,Məhkəmə başlayan gündən hakim birmənalı olaraq əxlaqsız yuvası işlədən M.Həsənovun vəkili kimi davranır ,BMCMİ-nin əməkdaşlarından bir dəfə də olsun əyani sübut ,nəsə istəmir .Mən və vəkillərim BMCMİ-dən sual formada nəsə soruşanda və yaxudda öz günahsızlığımı sübut etmək istəyərkən verilən ifadələrlə bağlı hər hansı bir vəsadəti təqdim edirik. Siz hamsından imtina edirsiz.Bu deyilənləri nəzərə alaraq hakimlərdən mən imtina edirəm.Hakimlər müşavirəyə gedir,30 dəqiqədən sonra qayıdır .Qayıdarkən F.Fərəməzoğlunun vəsadətinin qəbul olunmadığını bildirir.Növbəti məhkəmə prosesi mart ayının 10-da saat 16:00 da davam edəcəyi elan olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]