Reportaj

Bakıda ət kəskin bahalaşdı

27-12-2015, 20:56

Bakının pərakəndə satış məntəqələrində ət kəskin bahalaşıb.

Virtualaz.org saytının müxbirinin Bakı sallaqxanalarında apardığı müşahidələr göstərir ki, ətin bir kilosunun qiymətində orta hesabla 2 manat artım var.

Belə ki, satıcılar mal ətini indi 10 manata, qoyun ətinin isə 12 manata təklif edirlər. Manatın devalvasiyasından əvvəl mal ətinin bir kilosu qəssab dükanlarında 8, supermarketlərdə isə 9-11 manata olub. Sümüksüz ət bundan 1 manat baha olub.

Maraqlıdır ki, manatın devalvasiyasından sonra rayonlarda ətin pərakəndə satış qiyməti düşüb. Məsələn, bu gün Cəlilabadda mal ətinin kilosu 5 manat 50 qəpik-6 manat arasında təklif edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]