Reportaj

Nadir Qafarzadə toy sahibi ilə əlbəyaxa olub: - “Halallıq vermirəm”

9-01-2017, 22:32
Müğənni Nadir Qafarzadəni dəvət aldığı toy məclislərinin birində aldadıblar.

Müğənni Nadir Qafarzadə rayon toylarının birinə dəvət alıb. O, bu dəvəti ilk öncə rədd etsə də, toy sahibinin yalvarışlarından, dil-ağız etməsindən keçə bilməyib:

"Həmin qadın isə dünyasını dəyişmiş həyat yoldaşının və oğlunun arzusunu yerinə yetirmək üçün bizdən çox xahiş etdi. Çoxlu xahişlərdən sonra şərtimizi kəsdik. Dedik ki, saat 13:00-dan 19:00-a qədər oxuyacıyıq, razılaşdıq və simvolik olaraq aramızda behləşdik. Hətta ona qiymətdə də güzəştə getdik. Saat 06:00-da 15 nəfər heyətlə rayona yola düşdük.”

Nadir Qafarzadə saat 20:30-da məclis sahibinə yaxınlaşıb, toyun bitirməsini xahiş edib:

"Baxmayaraq ki, 1 saat yarım oxumuşdum, toy sahibi başladı həyasızlıq etməyə, "nə danışırsınız, mənim məclisim hələ indi başlayır, bəylə gəlin sıraya daxil olacaq” deyəndə bildim ki, bizi yaxşıca aldadıblar. Məclis saat 13:00-da başlayıb 22:30-da bitdi. Amma məbləğdə də artım olmadı. Musiqiçilər artıq yorulduğundan nəfəsləri kəsilmişdi, onların üzünə baxa bilmirdim. Utanırdım, çünki onlara 6 saatlıq oxuyacağıma söz vermişdim. Bu etirazımızı biləndə az qaldılar bizi parçalayıb, yesinlər. 15 nəfər heyətlə birlikdə biz o toya halallıq vermədik. İndi siz deyin, günahkar kimdir?”

Müğənni deyir ki, ac qalar, amma nə həmin rayona, nə də onun ətraf rayonlarına toya getməz:

"Haqsızlığın sonu yoxmuş. Hələ bu azmış kimi bir saatda qadınlar oturan məclisə apardılar ki, onlar üçün də oxumalısan. Mən əlbəttə ki, etiraz etmədim, qurban olum Bakı məclislərinə.” 

Administratorla əlaqə

077 611-55-22

[email protected]