Ölkə

Goranboylular Gəncə-Bakı yolunu bağladı

20-10-2016, 00:37

Goranboylular Gəncə-Bakı yolunu bağladıKənd sakinləri qazın verilməməsindən narazıdır

”Burda erməni kilsəsi olsaydı qaz verilərdi”

Oktyabrın 19-da Goranboy rayonunun Zazalı kənd sakinləri mavi yanacağın verilməməsinə etiraz olaraq Bakı-Gəncə yolunu bağlayıblar. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bir neçə gündür kəndə qaz gəlmir:

"Bəlkə aidiyyatı qurumlar səsimizi eşidib problemi həll edərlər”. Aksiya iştirakçıları "burda erməni kilsəsi olsaydı, qaz verilərdi” – deyirlər.

Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Meydan TV-yə yolun bağlanmasından və kəndə qazın verilib-verilməməsindən xəbərsiz olduğunu dedi:

"Məsələni gün ərzində araşdırıb, problem varsa, həll etməyə çalışacağıq”.

Son günlər Bakıda və bölgələrdə qazın verilməsində problemlərin olduğuna gəlincə, İbrahim Kərbəlayev bildirdi ki, havaların kəskin soyuması ilə əlaqədar bəzi bölgələrdə qazın verilməsində problemlər yaranmışdı: "Ancaq həmin problemlər həllini tapıb. Hansı bölgələrdə də problem qalıbsa, yaxın günlərdə həll olunacaq. İşlər gedir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]