Ölkə / Texnologiya

“Novomedia” da kontur dilənçisi çıxdı - Şikayət

17-10-2016, 01:39
"Novomedia” doğrudan da fırıldaqçıymış. Deməli, mənə 505105 nömrəsindən avtomat zəng gəlir ki, "Şansla qazan" kampaniyasında 2 min manat şansı əldə et. Zəngi sonadək dinlədikdə, xidmətin pullu-pulsuz olması deyilmir”

Politika.Az-ın məlumatına görə, bunu şikayətçi Elvin Rzayev açıqlayıb. Onun sözlərinə görə, viktorinada iştirak etməyi qəbul edəndən sonra telefona 5059 nömrəsindən mesajla sual göndərirlər: "Cavab gödərəndə balansdan 70 qəpik çıxılır. 

Zəng edirsən onların 6075 nömrəsinə, operator əsaslandırmağa çalışır ki, pullu olması barədə mesajla bildirilir. Mən ona izah edə bilmədim ki, pullu olması balansdan pul çıxılandan sonra mesajla yazılır:

Zengle Qazan-a 1 hefte PULSUZ abune oldun! Bu hefte 2OOO AZN qazanmaq ucun suallari cavabla, xal toplamaga bashla! En cox xal toplayan qalib olacaq! Elaqe: 6075.

Baxın, heç burda da yazılmayıb ki, gündəlik nə qədər çıxılacaq. Yalnız operatora zəng edəndən sonra deyir ki, "xidmət" dedikləri fırıldağın gündəlik dəyəri 24 qəpikdi, ilk dəfə qoşulduğunuz zaman 70 qəpik silinir, 1 həftə pulsuz edirik”. 

E.Rzayev hesab edir ki, pullu olması barədə əvvəlcədən xəbərdar etmək lazımdır: "Hesabdan siləndən sonra yox. Sizə gələn bütün reklam, təklifləri anındaca rədd eləməyi tövsiyyə edirəm. Dilənçi kimi camaatın qəpiyinə göz dikib fırıldaqçılıqla məşğuldurlar”.

Qeyd edək ki, mobil abunəçilər özümüz də bilmədən elə bir şəbəkənin girovuna çevrilmişik. Bu şəbəkəyə aid şirkətlər nə hüquq, nə istehlakçı haqları tanıyırlar, nə də kimdənsə ehtiyat edirlər. Bu başabəla şirkətlər heç bir qanuni əsası olmayan yollarla abunəçini aldadaraq, cibinə girir. 

Qarşı tərəfi dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]