Ölkə / Elm

Cəlilabadda təhsilimizin quyusunu qazmağa əsl "Geoloq" tapılıb

16-10-2016, 01:40

Cəlilabad rayonunda təhsilimiz və eyni zamanda dövlətçiliyimiz təhlükə altındadır. Xeberman.com  saytına məlumata verən mənbə bildiri ki, RTŞ müdiri Elminaz Nadirovanın talnçılığına qurban olan Cəlilabad təhsili özünün son günlərini yaşayır. Hər gün rayonun qabaqcıl təcrübəli müəllimləri yox olur, yerində rüşvəti toplamağı bacaran "işbazlar" müəllim simasında təqdim olunurlar. Nüfuzlu məktəblərin reytinqi qəsdən aşağı salınır. Dərs saatı normal olan məktəblərdə müəllimlərin həvəslə işləməsinin qarşısı həmin məktəbdə vakansiya verilməsə belə müqavilə ilə müəllim gətirilərək  sıxlıq  yaradılaraq  dərsə maraq  azaldılır. Demək olar ki, bütün məktəblərdə  dərs saatları satılır, siniflərin açılması üçün məktəblərdən pul toplanır. Ehtiyac oldu-olmadı  pul müqabilində müqavilə bağlanaraq müəllimlər işə götürülür, ixtisaslı  müəllimlər ola-olal  pulla  qeyri ixtisas müəllimlərə dərs verilir.

 Xeberman.com-a məlumat verən mənbə bildiri ki,   Cəlilabad rayonunda ən nüfuzlu məktəblərdən biri ,  ilin ən yaxşı məktəbi , ilin ən yaxşı müəllimi və şagirdləri olimpiyada qalibi olan , hər il məzunları yüksək bal ilə ali məktəblərə daxil olan Göytəpə 1 saylı tam orta məktəb bu gün Elminaz Nadirova tərəfindən məhv edilmək təhlükəsindədir. Əvvəlki direktor öz müavinləri ilə işində yol verdiyi qüsurlara görə işdən uzaqlaşdırılandan sonra, düşünürdük bu məktəbə daha ağıllı və yüksək peşəkarlığa sahib olan bir müəllim təyin edəcəklər amma hər şey tam əksinə oldu. İdarəçilikdə qüsurlara yol vermiş , pedoqoji təhsili olmayan, öz işini bacarmadığına görə müdiriyyət tərəfindən dəfələrlə şifahi xəbərdarlıq alan  Natavan Şıxovanın direktor təyin edilməsi hər kəsi təəccübləndirdi. Kollektivin narazılığına baxmayaraq  Natavan Şıxova "nəyinsə" müqabilində direktor təyin olundu. Düz işləyəcəyini heç kimdən "bir qəpik" almayacağını deyən Natavan Şıxova daha böyük qanunsuzluqlar etdi.  Məktəbdə adı gedən 30 texniki işçidən yalnız 12 si məktəbə gəlir və qalanı( bir-ikisi istisna olmaqla) və ibtidai siniflərdə olan maraq dərslərinin pulu da müəllimlərdən yığılaraq RTŞ müdirinə verilir. 

Heç kimdən qorxmayan Natavan Şıxova vakansiya vermədən müqavilə ilə xeyli müəllim götürmüşdü. Rus bölməsində ibtidai sinif müəllimi olmadığı halda ixtisasca Kimya müəlliminə sinif verilir . Digər ibtidai sinif isə  ədəbiyyat müəlliminə verilib . Azərbaycan bölməsində  ibtidai sinif müəlliminə ehtiyac olmadığı halda isə müqavilə ilə müəllim götürür.

 Məktəbdə informatika müəlliminə ehtiyac olmadığı halda vakansiya verilmədən müəllimlə müqavilə bağlayır,  sonra məktəbdə ixtisasca informatika müəlliminə   30 saat riyaziyyat dərsi , ixtisaslı riyaziyyat müəlliminə isə 15 saat dərs verir. Kimya müəlliminə ehtiyac olmadığı halda 70 yaşlı müəllimlə müqavilə bağlayır , özündə olan kimya müəlliminə isə biologiya dərsi verir.

Bəzi müəllimlər sadəcə yoxlama gələndə məktəbə gəlir qalan vaxt isə başqa işlərlə məşğul olaraq pulu direktorla bölürlər.

 Bu gün 1700 nəfərlik şagirdi və 125 müəllimi olan bir məktəb Elminaz Nadirova tərəfindən 2 qrup əlil olan ixtisasca Geoloqa tapşırılıb.Görünən odur ki, Elminaz Nadirova tədris üçün olmasa da təhsilimizin quyusunu qazmağa əsl mütəxəssis tapıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]